Kərbəla şəhadətinə oxşayan mənzərə
Hər kəs Aşura hadisəsində Həzrət Əli Əkbər (ə) ilə İmam Hüseynin (ə) macərasını yaxşı bilir. O zaman ki, Əli Əkbər ağa şəhid olur, İmam Hüseyn (ə) özünü əziz övladına çatdırır və üzünü onun üzünə qoyaraq, düşməni lənətləyir. Sonra Haşimi cavanlarına əmr edir ki, onu xeyməyə aparsınlar.
Əli Əkbər ağa, İmam Hüseynə (ə) ən yaxın dəfn olunan insandır. Atasının ayaqları altında dəfn etdirilmişdir. Bu ata və oğulun şəhadətindən min dörd yüz ilə yaxın müddətin keçməsinə baxmayaraq, hələ də bu hadisə xatırlananda, ürəkləri dağlayır.
Müharibə zamanı cəbhə məntəqələrindən birində iki şəhidin cənazəsi tapılmışdı ki, bir-birinə yaxın olduqları hallarından aydın idi. Belə ki, cənazənin biri əyləşmiş halda idi və bütün təhcizatları üzərində idi, əynində qış paltarı vardı. Bir cənazə isə örtüyə bürünmüş halda həmin əyləşən cənazənin ayaqlarına başını qoymuşdu. Bu mənzərədən görünürdü ki, başını qoyan insan yaralıdır. O birisi isə ona çox yaxın insandır və onu qucaqlamışdır.
Üzərlərindən nömrəli boyunbağı tapıldı. Bu nömrələr 555 və 556 idi. Adətən bu cür nömrələri yaxın dostlar və insanlar alırdılar. Yəni, nömrələri bir-birinə yaxın olurdu.
Bu nömrələr ilə onların şəxsiyyətini müəyyən etdilər və gördülər ki, əyləşən cəsəd ataya aid idi və yaralı olan cəsəd isə oğlunun cəsədi idi. Bu əsgərlər İsmayılzadə şəhidləri idi. Onlar 6-cı Fəcr əməliyyatında iştirak etmiş əsgərlərdən idilər ki, saylarının az olmasına baxmayaraq, düşmənin diqqətini dağıdaraq, Xeybər əməliyyatının müvəffəqiyyətlə sona çatmasına yardım etmişdilər. Bu iki şəhid, üzərlərinə atılan bomba vasitəsilə şəhid olmuşdular.
Eşq olsun belə atalara və oğullara ki, İmam Hüseyn (ə) məktəbini davam etdirirlər! (Beytutə)
Mənbə. /Deyerler.org/