Azad insanların şairi - Nəsimi

Azad insanların şairi - Nəsimi

Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369, Şamaxı-1417,Hələb) - Azərbaycan şairi, mütəfəkkir."İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlktəhsilini Şamaxıda almış, dövrün elmlərini,dinlərin tarixini, məntiq, riyaziyyat vəastronomiyanı öyrənmişdir.10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseynini sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğedən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminintəxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.

1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya(Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir.Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi,ctimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatıtarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur.O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi
fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbidilinin inkişafında mühüm bir mərhələdir.

İndi isə bu unudulmaz şairin ən çox sevdiyim qəzəllərindən biri..

Ağrımaz qəzəli..

Cânə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz,
Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.

Şaha, mehrindən midir, yâ âşinâlıqdan mıdır,
Cismimi sər tâ qədəm min gəz yararlar, ağrımaz.


Fitvasından zahidin nâhəq məni gər soyalar,
Qəm deyil səndən- şəxâ, görcək damarlar ağrımaz.


Zahidin əfsânəsindən soydular nâhaq məni,
Həqq bilir səndən, şəxâ, sâhib nəzərlər ağrımaz.


Şişəmi çün daşə çaldım, Həqqi izhâr eylədim,
Çeşm-i əhval ağrıdan arif bəşərlər ağrımaz.


Zahidin bir barmağm kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək âşiqi sərpâ soyarlar, ağrımaz.

Cəhl-i nâmərdin qaçan meydan gününde yeri var,
Ər bilir meydân qədrin kim, qədirlər ağrımaz.

Soyun, ey murdar sallaxlar, Nəsîmînin tenin,
Bunca nâmərdi görün, bir ər qıyarlar; ağrımaz.

Mənbə. kayzen.az

568 Views