Çarlz Menson və onun dəhşətli Şeron Teyt qətli
Bu məqaləmizdə cinayətləri ilə tarixə düşmüş qatil Çarlz Menson haqqında faktkar yer alıb. Çarlz Menson kimdir? İnsanlara necə təsir edib? Məşhur qatilin təriqəti haqqında təəccübləndirici faktlar və törətdiyi məşhur cinayətə haqqında detallı məlumatlarla tanış olun.
Google-da axtarılan adlar siyahısında ilk yerləri alan Çarlz Menson polşalı aktyor və ssenarist Roman Polanskinin hamilə həyat yoldaşı Şaron Teyt də daxil olmaqla 9 cinayət törətməkdə ittiham edilirdi. İndi isə qatilin bioqrafiyasına keçək…
O, populyar mədəniyyətin bir parçası hesab olunurdu, hətta özünə böyük pərəstişkar kütləsi yaratmağı da bacarmışdı.
Həbsxanada olduğu müddətdə insanlara necə təsir edəcəyini öyrənən Menson onların zəifliklərindən faydalanaraq ətrafında bir qrup yaradıb. Günahkarlar, günaha meyilli olanlar və zəif xarakterli insanları bəzəkli cümlələrlə aldadan Menson həbsxanadan kənarda da eyni üsulu istifadə etməyə davam edirdi. 1976-cı ildə 7 illik həbs cəzasını başa vurub azadlığa çıxır və hippi mədəniyyətinin zirvədə olduğu zamanlarda ailəm dediyi qrupu qurmağa başlayır.
Hippi hərəkatının paytaxtı sayılan San-Fransiskoda özünə uyğun insanları təsiri altına alaraq təriqətinin toxumlarını səpir. Həbsdə gitar çalmağı öyrənən Menson xarizması ilə qızların çoxluq təşkil etdiyi qrupu ətrafına toplayır, küçə-küçə gəzərək musiqilər ifa edirdi. O, evsizlərdən və narkomanlardan ibarət olan dəstəsi ilə birlikdə Volkswagen avtobusunda yaşayırdı.
Sonralar isə məktəb avtobusu ilə şəhərləri gəzməyə başlayan bu qrup hippi həyat tərzi ilə bir müddət bu formada səyahət edir, ancaq qatıldığı bir rok konsertində narkotik qəbul edən Mensonun özünü çarmıxa çəkilmiş İsa kimi təqdim etməyindən sonra hadisələrin gedişatı dəyişməyə başlayır. O, yenidən doğulan Məsih olduğunu deyirdi. 1968-ci ilin yayında onda Məsih və şeytanın birlikdə təcəssüm etdiyini iddia edir və Helter Skelterin fikirlərini müdafiə etməyə başlayır.
1968-ci ildə The Beatles-ın Helter Sketler mahnısından çıxardığı nəticəyə görə ölkədə irqi müharibə olacaq və qaradərililər bütün ağları öldürəcək. Belə fikirlərlə ətrafındakılara təsir edən özünü peyğəmbər adlandıran Menson 6 avqust 1969-cu ildə müridlərinə qətliam törətməyi əmr edir. Məşhur rejissor Roman Polanskinin evinə daxil olan 5 davamçısı orada illər keçməsinə baxmayaraq hələ də unudulmayan dəhşətli hadisəni törədir.
Romanın həyat yoldaş Şeron Teytlə birlikdə 5 insan öldürülür. 8.5 aylıq hamilə olan Teyt 16 yerindən bıçaqlanmış və bu bəs deyilmiş kimi ölmüş uşağı bətnindən çıxarılmışdı. Şeron Teytin yanında axşam yeməyinə dəvət etdiyi dostları Cey Sebrinq, Abigeyl Folqer ve Voytek Frayovski də vardı.
Hər birinin amansızlıqla qətlə yetirildiyi hadisədə təsadüfi şanssızlıq ucbatından orada olan 18 yaşlı satıcı gənc də qurban getmişdi. Hadisədən sonra xanım Teytin qanı ilə divara “donuz” sözü yazıldığı da diqqət çəkib.
İşə görə şəhərdən uzqdan olan Roman Polanski hadisəni öyrəndikdə böyük sarsıntı keçirmişdi. Qatillər tapılana qədər paranoid şəkildə yaşayan rejissor daha sonralar yazdığı avtobioqrafiyasında bu hadisədən sonra tanrıya heç bir inamının qalmadığını qeyd edib. Günahkarlarəın tapılmadığı vaxt cinayətlərin satanizmlə əlaqəli olduğu danışılırdı. Hadisənin Roman Polanskinin filmləri olan “Eye of Devil” və ən yaxşı qorxu kinoları siyahısında yer alan “Rosemary’s baby” ilə bağlı olduğu barəsində şayələr yayılırdı.
Qatillərin tapılacağına dair ümidlərin azaldığı bir vaxtda qeyri-adi hadisə baş verir. Maşın oğurluğuna görə həbsxanaya düşən Susan Atkins oradakı adamları təsirləndirmək üçün Şeron Teyt cinayətindən danışır. Buna görə ondan ifadə götürülür. Və o, Şeronu və körpəsini öldürdüyünü etiraf edir. Qətli 4 dostu ilə birlikdə törətdiyini deyən Atkins və digərlərinin lidernin Çarlez Menson olduğu bəlli olur.
Ən qeyri-adi canilərdən biri olan Menson haqqında təəccüblü fakt odur ki, heç bir cinayət törətməmişdi. Çünki bunu onun üçün edəcək, əmrlərinə sorğu-sualsız tabe olan müridləri vardı.
Başqa cinayətlərdə də əli olduğu müəyyən edilən Menson qruplaşması 1970-ci ildə mühakimə olunmağa başladı. Məhkəmədə təqsirkar olan Menson və 4 dostuna əvvəl edam cəzası verildi, daha sonra qanunda dəyişikliyə görə bu ömürlük həbslə əvəz olundu. O, hətta məhkəmədəki çıxışları ilə heyranlarının sayını atırmağı bacarmışdı.
Mənbə. bildirchin.az