“Qürur və Qərəz” filmindən replikalar

“Qürur və Qərəz” filmindən replikalar

Jane Austenin ən sevilən əsərlərindən biri “Qürur və Qərəz”dir. 2006-cı ildə bu əsər əsasında eyniadlı film çəkilib və biz izləyən hər kəsə təsir edən, hekayəsini uzun müddət xatırlayacağımız Elizabeth və Darcydən bəhs edən filmin yaddaqalan replikalarını sizinlə paylaşırıq.

#1

– Şerin sevgini yox edəcək gücü olduğunu ilk kim kəşf edib, görəsən?

– Şeirin sevginin qidası olduğunu düşünürdüm

– Güclü, möhkəm bir sevginin bəlkə… Amma sadəcə ötəri maraqdırsa, sonun tabuta vurulmuş əlavə mismar kimi olacağına əminəm.

#2

– Sadəcə, o, utancaqdır. Onun hisslərini qəbul etmirsə bu adam axmaqdır

– Mövzu sevgi olanda hamımız axmağıq.

#3

Bizi əsl aldadan çox zaman öz qürurumuzdur.

#4

Sən mənə həqiqətən sevilməyə dəyər bir qadının sevgisini qazana bilmək üçün daha fərqli xüsusiyyətlərə sahib olmağımın lazım olduğunu öyrətdin.

#5

Heç bir şey təvazökar görünüşdən daha aldadıcı ola bilməz.

#6

Qürur və təkəbbür fərqlidir, amma tez-tez eyni mənada istifadə edirlər. İnsan təkəbbürlü olmasa da qürurlu ola bilər. Qürur daha çox özümüzlə əlaqəlidir, fikrimizdən asılıdır, təkəbbür isə bizim haqqımızda başqalarına nə düşündürmək istədiyimizə.

#7

Əhəmiyyətli olan dayanmadan sevməyi öyrənmək səyidir.

#8

Təkəbbür və qüruru dizlərinizə gətirə biləcək yeganə həqiqət sevgidir.

#9

– Sevgini aşılamaq üçün sizin tövsiyəniz nədir?

– Rəqs etmək… Onu rəqs partnyorunuz idarə etsə belə.

#10

Mən də onun qüruruna asanlıqla qəbul edərdim. Qüruruma toxunmasaydı.

#11

Mən həqiqtən sevdiyim insanlar azdır, bəyəndiklərim də tamamilə az. Dünyanı görüb tanıdıqca narazılığım artır. İnsanların iç üzünün heç də göründüyü kimi olmadığını, yaxşı və ya ağıllı kimi görünənlərə belə inam olmadığını hər gün daha aydın başa düşürəm.

#12

Qarşısındakından cəsarət almadan həqiqətən aşiq ola biləcək qədər əminlik göstərə bilən azdır.

#13

Bir qadın diqqətini sevdiyi adamdan gizlədərsə, onu əldə etmək fürsətini qaçıra bilər. Sonra da hər kəsin sevgisindən xəbərsiz olduğuna inanaraq özünə təsəlli verər.

#14

Əgər ötən apreldəki kimi hiss edirsinizsə indi söyləyin. Mənim hisslərim və arzularım dəyişmədi. Amma ağzınızdan çıxan bir söz məni əbədi susdurar. Ancaq, hissləriniz dəyişibsə bunu deməyə məcburam, bədənimi və ruhumu ovsunlamısınız, sizi sevirəm. Bu gündən sonra bir daha sizdən ayrılmaq istəmirəm.

#15

Sənə layiq ola biləcək birinin olduğuna inanmırdım, deyəsən, yanıldım…

Mənbə. bildirchin.az

568 Views