Cənubi Amerika materiki

Cənubi Amerika materiki

 

Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.

 

 

 


Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı.
Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti).
Tədqiqi ilk dəfə 1498-çi ildə X.Kolumb, sonralar A.Vespuççi, burada olub. A.Humbolt — And dağlarında yüksəklik qurşağını müəyyən etmiş, ilk dəfə materikin geoloji xəritəsini tərtib etmiş və soyuq cərəyanların qərb sahil rayonlarının iqliminə təsir etdiyini müəyyənləşdirmişdir.

Cənubi Amerikanın relyefi

Cənubi Amerikanın ən hündür zirvəsi Akankaqua dağı (6960 m), ən alçaq yeri Valdes yarmadasındadır (Salinas-cikas gölü -40 m).

Relyefinə görə Cənubi Amerika 2 hissəyə bölünür; Şərq və Qərb hissə
a) Şərq hissə platforma üzərindəki düzənliklərdən ibarətdir. Burada vulkan və zəlzələlər olmur. Platformanının qalxan hissəsində Braziliya və Qvineya yaylaları, platformanın çökən sahələrində Amazon, Orinoko, La-Plata ovalıqları yerləşib.
b) Qərb hissəsi 2 litosfer tavasının toqquşması nəticəsində yaranıb. Okean tipli tava materik tavasının altına girmiş, nəticədə And dağları (mənası mis deməkdir) yaranıb. Bu dağlar dünyanın ən uzun dağ sistemi olub Cənubi Amerikanın qərbində meridianal istiqamətdə uzanır. Alp qırışıqlığı nəticəsində yaranan bu dağlar cavan olduğundan burada tez-tez zəlzələ və vulkanlar olur.
Vulkanları Kotopaxi, San-Pedro, Ruis.
Faydalı qazıntıları. And dağlarında mis, qalay, dəmir filizi, qurğuşun, nikel və sink çıxarılır. Braziliya və Qviyana yaylalarında- dəmir filizi, qızıl, manqan, nikel, almaz; Amazon, Orinoko və La-Plata ovalığında neft, qaz yataqları mövcuddur. Çilidə təbii gübrə – çili şorası (selitra) hasil edilir.

Cənubi Amerikanın iqlimi

Afrikanın iqliminə oxşayır. Cənubi Amerikanın iqliminə Atlantik okeanının təsiri çoxdur. Cənubi Amerika ən rütubətli materikdir. Yüksək rütubətli və çox quraq məntəqələr vardır. Amazon ovalığı  dünyanın ən rütubətli yerlərindən biridir. Buraya 2500-3000 mm yağıntı düşür. Atakama səhrası dünyanın ən quru səhralarındandır. Bura ildə 2-3 mm yağıntı düşür.

Bu okeandan gələn rütubətli hava kütlələri maneəsiz olaraq materikin şərqindən daxilinə doğru irəliləyir. Passat küləkləri Cənubi Amerikanın şərq sahillərinin iqliminə güclü təsir göstərir. Cənubi Amerikanın qərbində And dağları yerləşdiyindən Sakit okeandan gələn hava kütlələri materikin daxilinə doğru hərəkət edə bilmir. Cənubi Amerikanın əsas hissəsi ekvatorial və subekvatorial iqlim qurşaqları daxilində yerləşdiyindən o, dünyanın ən rütubətli materiki sayılır. Cənubi Amerikada aşağıdakı iqlim qurşaqları var;
1. Ekvatorial qurşaq –Amazon ovalığının əsas hissəsini əhatə edir. Il boyu isti və rütubətlidir.
2. Subekvatorial qurşaq (2 dəfə) — materikin ekvatorial qurşağının şimalında və cənubunda qalan hissəsini əhatə edir. Burada yayda ekvatorial (isti, rütubətli); qışda tropik (isti, quru) hava kütlələri hakimdir.
3. Tropik qurşağın 2 yarım tipi var; a) rütubətli tropik iqlim — materikin şərqindəki Braziliya yaylasında hakimdir. Bura il boyu Atlantik okeanından tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili hissəsi üçün səciyyəvidir. Buranın qışı quraq, yayı yağıntılıdır. Sakit okeanındakı soyuq Peru cərəyanının təsiri nəticəsində sahildə Atakama səhrası yaranır.
4. Subtropik iqlim-Braziliya yaylasının cənubunu, Parana və Uruqvay çayları sahilini əhatə edir. Yayı isti, qışı mülayim, rütubətli olur.
5. Mülayim iqlim –materikin cənub hissəsini əhatə edir. Qərb hissədə mülayim- dəniz, şərqdə mülayim-kontinental iqlim tipi səçiyyəvidir.

Çaylar
Cənubi Amerikada yağıntı bol olduğundan o, dünyanın ən bol sulu materikidir. Materikinin qərbindəki And dağları suayrıcı rolu oynadığından ən iri çayları — Amazon, Parana və Orinoko Atlantik okeanına tökülür.
Amazon –Cənubi Amerikanın ən uzun, dünyanın isə ən bol sulu, dərin və enli çayıdır. Sahəsi 7 mln km2, uzunluğu 6400 km-dir. Çayın orta eni 20 km, maksimum eni 80 km-dir. Çoxlu qolu olan və yağışla qidalanan Amazon çayı ilə 2 dəfə (may-iyun və noyabr) bol sulu, avqust-sentyabr ayında isə ən az sulu olur. Düzən ərazidən axdığından üzərində astana və şəlalələr yoxdur. Qabarma-çəkilmə hadisəsi və okean cərəyanlarının təsiri nəticəsində bu çayın mənsəbində delta yaranmır. Çayda delfin və timsahlar yaşayır.
Parana çayı-materikin 2-ci böyük çayıdır. Uzunluğu 4700 km-dir. Bu çayın qollarından biri üzərində dünyada məşhur olan Iquasu şəlaləsi yerləşmişdir.
Orinoko çayının uzunluğu 2574 km-dir. Onun qollarından biri üzərində dünyanın ən hündür şəlaləsi olan Anhel yerləşib.
Gölləri. –azdır. Ən böyük gölü Marakaybo materikin şimalında Karib dənizi sahilində yerləşib. Laqun (yəni dəniz) mənşəlidir. And dağlarında yerləşən Titikaka gölü dünyanın ən hündür dağ gölüdür.

Cənubi Amerikada təbii zonalar

1) Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. Torpaqları qırmızı-sarı ferraritdir. Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s.
2) Savanna materikinin şimalındakı savannalar lyanos (ispanca düzənlik deməkdir) adlanır. Bu savannaların qırmızı-ferrarit torpaqları üzərində hündür otlarla yanaşı palma və akasiya ağacları bitir. Materikin cənubundakı savannalar kampos (portuqalca düzənlik deməkdir) adlanır. Torpaqları qırmızı-qonur, ağacları daha azdır. Cənubi Amerika savannaları Afrika savannalarından heyvanat aləminin kasıblığı ilə fərqlənir.
3) Çöl zonası-subtropik iqlim qurşağını əhatə edir. Pampa (meşəsiz düzənlik deməkdir) adlanır. Torpaqları qaradır. Yağıntıları boldur.
4) Yarımsəhralar — materikin cənubunda yağıntıların az olduğu mülayim iqlim qurşağında yayılıb. Bu ərazi Pataqoniya adlanır. Soyuq Peru cərəyanın təsiri ilə Sakit okean sahilində Atakama səhrası yaranır.
And dağlarında yüksəklik qurşaqlarının sayı və tərkibi bu dağların hansı enlikdə yerləşməsindən asılıdır. Ekvator yaxınlığında hündürlüyə doğru getdikcə aşağıdakı təbii zonalar yaranır; ekvatorial meşələr-dağ meşələri-yüksək dağ meşələri-dağ çəmənləri (paramos adlanır)-qar və buzlaqlıqlar.

Subtropik qurşaqda yüksəklik qurşağı aşağıdakı kimi mövcuddur: yarımsəhra-cod yarpaqlı meşələr-fıstıq ağaclarından ibarət yarpağını tökülən meşələr-alp çəmənləri-buzlaqlar.
And dağlarında dünyanın ən iri və yırtıcı quşu olan kondor yaşayır.
Cənubi Amerika-kartof, pomidor, qarğıdalı, günəbaxan, bibər, vanil, kakao, ananas və balqabaq kimi bitkilərin vətənidir.
Problemi: Dünyanın «ağ ciyəri» adlanan ekvatorial meşələrin qırılması.

Cənubi Amerikanın əhalisi -300 mln nəfərdir. Amerikanın yerli əhalisi monqoloid iqrinə mənsub hindilərdən ibarətdir. Amerika kəşf olunduqdan sonra bura Avropadan avropoid irqinə mənsub əhali gəldi. Afrikadan isə neqroid irqinə mənsub zəncilər gətirildi. Sonralar bu 3 irqin nümayəndələrinin qaynayıb-qarışması nəticəsində aşağıdakı nəsillər yarandı.
1. Avropoid+hindu=metis
2. Avropoid+zənci=mulat
3. Zənci+hindu=sambo
Metislər materikin qərbində, mulat və sambolar şərqində yaşayır.
Cənubi Amerikanın əhalisi And dağlarının mərkəzi yaylalarında və materikin şərqində daha sıx, materikin qərbində və ekvatorial meşələrdə isə seyrəkdir. Cənubi Amerikanın yarıdan çoxunu 2 ölkə – Braziliya və Argentina tutur.

Mənbə. Kayzen.az

568 Views