İnsan gərək mədəsinin üçdə birini yemək, üçdə birini su və üçdə birini nəfəs almaq üçün qərar versin
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qarnının, dilinin şərindən qoruna bilsə - bütün pisliklərdən qorunar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Ümmətimin ən çox cəhənnəmə düşməsinə səbəb olan şey – qarnıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Adəm övladı qarın kimi heç bir pis qabı doldurmamışdır. Adəm övladına onu sağ saxlayacaq qədər yeməyi kifayətdir. Əgər bununla kifayətlənməzsə və çox yeyərsə, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya və üçdə birini nəfəs almaq üçün qərar versin”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin Allah yanında heysiyyət cəhətdən ən yaxşısı – çoxlu aclıq çəkənləriniz, əməlləri və Allahın yaratdıqları haqqında təfəkkür edənlərinizdir. Sizlərin Allah yanında ən düşmən olanınız o kəsdir ki, çox yatar və çox içər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəlblərinizi çox yeyərək və içərək öldürməyin, həqiqətən də ürək torpaq kimidir, əgər çox su verilərsə, ölər”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin Allah yanında ən çox düşmən olanınız o kəsdir ki, o qədər yesin ki, qarnı dolsun”. Həzrət Peyğəmbər (s) buyurur: “Səma mələkutunun sirləri qarnı dolu olan kəsin qəlbinə daxil olmaz”.
Loğman öz oğluna belə tövsiyə verir: “Ey oğlum! O zaman ki, qarın dolar - fikir qüvvəsi yatar. Hikmət lal olar və bədən üzvləri ibadətdən dayanar”. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin qəlbi üçün çox yeməkdən ən böyük ziyan yoxdur. Çox yemək iki şeyə səbəb olar: qəlb qəsavətinə, şəhvətə. Aclıq – ruhun qidası, qəlbin təamı və bədənin sağlamlığıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Nəfsinizlə aclıq və susuzluqla cihad edin. Onun əcr və savabı o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər. Allah yanında aclıq və susuzluqdan sevimli əməl yoxdur”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Ən yaxşı insan o kəsdir ki, yeməyi və gülməyi az olar və övrətini örtən hər paltara razı olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Az şey yemək - ibadətdir”. (İslami saytlara istinadən)
Mənbə. Deyerler.org