Mario Cimarro serialları.
Mario Cimarro - bir ara kanalları işğal edən Kolumbiya seriallarından tanıdığımız aktyor. Daha çox "Xəyanət" serialında tərəf müqabili olan Danna Garcia ilə çox vaxt eyni seriallara çəkilib, Çünkü çox bəyənilən cütlük olduqları üçün işləridə həmişə izlənirdi. Lakin Həmin vaxtlar jurnalarda onun haqqında qalmaqalı məqallər hazırlanmışdı ki, real həyatda zorba və kobud olduğuna görə həyat yoldaşının boşandığını yazırdı. Təbii ki biz burada magazin mövzusuna yer verməcəyik. Daha çox Azərbaycan kanalrının Vaz geçilməz aktyorunun serialarından danışacayıq. Biraz nostaji yaşayaq.
Bu seriallardan hansına baxmısınız və bəyənmirsiniz? Məsələn
1) İkinci həyat serialı - Atv kanalında verilirdi səhv etmirəmsə. Yaşlı qoca bir milyoncu genc bir xanımla evləndikdən sonra anidən vəfat edir. Yaşlı qocanı ruhu genc yaraşıqlı eyni zamanda kasıb və mərəhmətsiz birinin cildinə girir. Kasıb ailəsi olan, bu kobud, pinti gənc ölümdən qayıdanda çox fərqli birinə cevrilir. Fim sizə çox gülməli və bir o qədərdi keçmiş romantik filmlərin necə olduğu gostərəcək. Hətda romantik komedilərin vəya romantik seriaların hal hazırki tərzlərinin əslində təməlini o zamanlarda eyni olmasını göstərir.
2)Xəyanət - ondan sonra çəkilmişdir. Səhf etmirəmsə İtv kanalı "Xəyanət" serialını göstərirdi. Bu filmin mövzusu qısaca desək İki əkiz qardaşın və Soledad de Obregon arasında gedən sevgi üçgənidir. Bir qardaş rəhimli mehriban və tez tez katalepsi( əzələrin qurması yəni bir cür kiliniki ölüm kimidi lakin beyin kiliniki ölümdəki kimi ölmür fəaliyyət göstər lakin ölü kimi olursan. hətda biraz spoiler olacaq oxumaq istəmiyən mötərizəni oxumasın. Bölümlərin birndə Hugo personajı bu xəstəliyi gizlətdiyi üçün bilmədən diri diri basdırılır.) xəstəliklə yaşayan biriydi. Digər qardaş isə tam əksi yəni mənfi obraz idi. Bu iki əkiz qardaşın ikisinidə eyni aktyor canlandırdi. Sonradan bu serial türk kanalarıda göstərməyə başlanmışdır, Amma İtv serialı hansı adla verilirdi dəqiq yadımda deyil. Amma o zamanlar biz buna öz aramızda Hüqo qardaşlar başladı deyirdik. halbuki yalnız bir Qardaşın adı Hüqo idi. Digər qardaşın adı Alcides idi.
3)Məhəbbət pansionu - bu serialın mövzusu tam bir entriqa idi. 3 qardaşın bir bacısı varlı qoca ilə sevgili olur və hamilə qalır. Qoca öləndən sonra əsas qızımız yaşlı qocanı evinə gedərək uşağın kişidən olduğunu deyəndə aləm qarışır. Çünkü kişinin 3 qızı varidi və onlar əsas personajı bir ovcu kimi görürdülər. Bunun üçün onu təhqir edib qovurlar. Qız isə buna dözmür həyatına qəsd edir. hekayəmiz əvvəlindəki 3 playboy qardaşlar qisas almaq qərarına gəlir, Təbi ki, bunu Türk üsulu etməyə çalışırlar yəni türk serialarında gördüyümüz tərzdə qızları başdan çıxarmaqla qisas almaq. Amma həmişəki kimi aşıq olacaqlar Hər 3 qardaş da, hər 3 bacı da fərqli-fərqli xarakterlərə sahibdir.
Bu seriallar Azərbaycanda bilinənlərdir. Bundan sonrakılar haqda yalnız şəkillər və bölüm sayların yazacam istəyən olsa. bunlar üçün əlavə maqəla hazırlayaram. Təbii ki, bu sizin tələblərin əsasında olacaq. İstəyən olsa yalnız yorumlarda yəni aşağda qeyd edərsiniz. Bu arada nələr haqqında məqalə hazırlamağımız istəsəniz yorumlarda sizə zəhmət onuda qeyd edərsiniz. İstəyləriniz nəzərə almağa çalışarıq.
Oynadığı Serialar
1995 Acapulco, cuerpo y alma
1996 Sentimientos ajenos
1997 Gente bien
1997 Esmeralda
1998 La usurpadora
1998 La mujer de mi vida
2000 La casa en la playa
2000 Amor latino
2001 Más que amor, frenesí
2002 Gata salvaje
2003–2022 Pasión de gavilanes
2005–06 El cuerpo del deseo
2008 La Traición
2009–10 Mar de amor
2011 Los herederos del Monte
2016–17 Vuelve temprano