Məhəmməd peyğəmbər haqqında danışanlar. ( Peyğəmbərimiz haqqında çəkilən 2 Filmidə izləyə bilərsiz)
Dəyərli İzləyicilər bu məqalə Kayzen.az götürülmüşdür. Çox təəssüfki yazarın adını bilmədim lakin çox gözəl maqələ olduğu üçün sizinlə paylaşıram.
Belə ki, bir çox şəxsiyyətlər Məhəmməd Peyğəmbər haqqında maraqlı fikirlər bildiriblər. Mən də onlardan toplayıb, tərcümə edib, bura yerləşdirmək qərarına gəldim. Düşünürəm ki, sizin üçün də maraqlı olar. Baxaq görək, onlar Peyğəmbərimiz haqqında nələr danışıblar:
“İnsanlıq tarixinin ən böyük şəxsiyyəti Hz.Məhəmməddir.”
“Michael H. Hart adlı Amerikalı alim “İnsanlıq tarixinin ən böyük 100 şəxsiyyəti” adlanan tədqiqatında; tarixdə və bugünkü gündə ən əhəmiyyətli 100 adam arasında Hz.Məhəmmədin (s.a.s) dünyanın ən böyük şəxsiyyəti olduğunu yazmışdır. Amerikalı alimin yazmış olduğu bu kitab, 1978-ci ilin oktyabr ayında çap olunmuş və böyük maraqla qarşılanmışdır. Kitabın müəllifi Prof. Dr. Michael H. Hart əsərində Hz.Məhəmmədin (s.a.s) ən böyük şəxsiyyət olduğunu belə sübut edir:
“Dünyanın ən böyük şəxsiyyətlərinin başına Hz. Məhəmmədi seçmiş olmağım bəzi oxuyucuları təəccübləndirə bilər. Bəzilərinin sual vermələrinə səbəb ola bilər. Fəqət Hz. Məhəmməd tarixdə dini və dünyəvi baxımdan ən böyük uğurlar əldə etmiş tək şəxsiyyətdir.”
(“Diyanət qəzeti” 15 yanvar 1979-cu il, say:205)
***
“Mən sənin müasirin olmadığım üçün çox təssüf edirəm, ey Məhəmməd!... İnsanlıq sənin kimi böyük bir qüdrəti yalnız bir dəfə görmüş və bundan sonra da görməyəcəkdir. Mən heybətli hüzurunda dərin bir sayğı ilə əyilirəm.”
Alman dövlət adamı prins Bismark.
***
“İnsanların hidayəti üçün göndərilən Quran hikmətlə dolu olan parlaq bir kitabdır. Hz. Məhəmmədin həqiqi peyğəmbər olduğuna heç bir şübhə yoxdur.”
Fransız filosofu Alexsi Lövazon
***
“O şair deyil, Peyğəmbərdir və onun Quranı – insan tərəfindən əyləncə və ya ümumi biliyin artırılması üçün yazılmış bir kitab deyil, ilahi qanundur!”
İohan Volfqanq Höte.
***
“O nə sezar olub, nə də ki papa. Onun heç vaxt belə bir iddiası da olmayıb. Onun arxasında cəbhəsi olmayıb. Heç bir şəxsi cüngüdənlərdən söhbət belə gedə gilməzdi. O böyük maddi şəraitə sahib deyildi, heç bunu arzu da etmirdi. O heç vaxt saraylarda yaşamayıb. Əgər kimsə dini qaydaların köməkliyi ilə arxasında kütlə daşıya bilirdisə, bu Məhəmməd olub. O heç vaxt dəstəyə (dəstək mənasında) və ya xüsusi geyimə ehtiyac duymayıb. O heç vaxt özünü həddindən artıq qiymətləndirməzdi. Şübhəzi ki, Peyğəmbər olmaq haqqı ona məxsusdur. Hal-hazırda bu peyğəmbərin həyatını və baxışlarını izləyənlər onun əzəməti qarşısında baş əyirlər. Bu mövzuda mən çox şey deyə bilərdim, amma, ümumiləşdirilmiş halda qeyd etmək istərdim: onun haqqında olan hər-hansısa bir mətn məndə pərəstiş və heyranlıq hissi yaradır. Və mən bu möhtəşəm Müəllimin əsirliyində hələ çox qalacam.”
Anni Bezant (ANNIE BESANT. The life and Teachings of Muhammad. Madras, 1932)
***
“Peyğəmbər Hz. Məhəmməd (s.a.s) byük bir islahatçıdır. İnsanlığa çox böyük bir xidmət etmişdir. O bir hümməti haqq nuruna qovuşdurmuşdur. Ona bu şərəf kifayətdir. O hümmətini qan tökməkdən xilas etmiş, əmin-amanlığa çatdırmış, onlara yüksəlmə yollarını açmışdır. Onun kimi böyük bir zat hər cür hörmətə layiqdir.”
Məşhur Tolstoy.
***
“Beləcə, biz deyə bilərik ki, Məhəmməd tarixin tanıdığı ən uca insanlardan biri olub. Bəzi tarixçilər peyğəmbərin böyüklüyünü öz dini inamlarının gücü qarşısında kiçildirdilər, amma, bu gün, hətta, xristian yazıçılar belə ona haqq qazandırırlar.”
Qüstav Lebon.
***
“Əslində Məhəmməd (s.a.s)- dünya yaranandan müxtəlif vaxtlarda yer üzünə göndərilmiş peyğəmbərlərdən sonuncusudur. Əgər söhbət 3 ölçüdən gedirsə, axı kimi onunla müqaisə etmək olar ki: inanılmaz böyük məqsəd və əhəmiyyətsiz yollarla əldə edilmiş heyranedici nəticələr.Bizə şöhrətli sərkərdələrin, dövlət xadimlərinin və böyük imperiya başçılarının adları məlumdur, hansı ki, inanılmaz dağıdıcı qüvvəylə rəğbət qazanıblar. Bəs, Adəmin bu oğlu haqqında nə demək olar? Bütün ordunu, imperiyanı və dini qanunları hərəkət salması onu qane etmirdi. Planetin sakinlərinin üçdə bir hissəsi onun arxasınca gedirdilər. Onun qüvvəli iradəsi, əzəmətli edaya üçün heyranedici fədakarlığı, yüksək rütbə, mənsəb və taxt-taca görə şirniklənməmək bacarığı, onun Allahla olan dialoqu, ölüm və zəfər yürüyüşü - onun işləri faktdır, hansı ki, onun şəxsiyyətinin və ideyalarının böyüklüyünü təsdiq edir.
Haqqında çəkilən filmlər.
1)Peyğəmbərimiz haqqında iki film çəkilmişdir. İlk film onun peyqəmbərlik dövrü və müharibə illərini bəhs edir. Bu film hoolywood tərəfində çəkilmişdir.
2)İkinci filmi isə peyqəmbərin doğulması , yəhudilər tərifdən təqib edilməsi və möcüzələrindən bəhs edir. İzləməyənlər üçün iki fimidə tövsüyə edirəm. Lakin son çəkilən filmi daha gözəl və daha qəşəngdir. Fikrimcə peyqəmbəri möcüzələri ilə izləmək daha xoşdu. Lakin filmi burda paylaşılmağına izin verilmir. bunun üçün üzürlü sayın. Lakin izləmək istəyənlər üçün linkini aşağı qoyuram
https://m.fullhdfilmizlesene.com/film/hz-muhammed-allah-in-elcisi-izle/