Dilimizdə qarşılığı olmayan bəzi yaponca sözlər

Dilimizdə qarşılığı olmayan bəzi yaponca sözlər

“Wabi-Sabi” – Əslində bir həyat fəlsəfəsidir. Hər bir qüsurda gözəlliyi və mükəmməlliyi tapmaq mənasına gəlir. “Boketto” – Heç nə etmədən və düşünmədən uzaqlara baxmaq. Bir çoxumuz gün ərzində bu halı yaşayırıq. “Tsundoku” – Yeni bir kitab alıb, onu oxumadan digər oxumadığımız kitabların arasına qoymaq mənasına gəlir. Tanış haldır, elə deyilmi? “Shinrin-yoku” – Meşə terapiyası, sakitliyə qovuşmaq və istirahət etmək üçün meşənin dərinliklərinə getmək. Tam da ehtiyacımız olan şey! “Komorebi“ – Ağac yarpaqlarının arasından süzülüb gələn gün işığı. “Ichigo ichie” – Həyatda sadəcə bir dəfə yaşama şansımız olan hadisə mənasına gəlir. “Koi no yokan” – İki insanın bir-biri ilə görüşməzdən əvvəl, onlardan birinin aşiq olacağı hissinə qapılma duyğusu. “Yoisho” – Uzun və yorucu bir gündən sonra özünü çarpayıya atmaq mənasına gəlir. “Mono no aware” – Həyatın hər bir parçasında hiss edilən dərinlik, kiçik şeyləri görmək və hiss etmək. Bir şeylərə baxdığınız zaman onların varlıqları ilə hiss edilən sevinc və kədər hissi. “Shinobi noku” – Kiminsə ağladığını gizlətmək üçün gizlincə gözyaşı tökməsi. “Irusu” – Siz evdə olduğunuz halda kiminsə qapınızı döydüyü zaman evdə yoxmuş kimi davrandığınız an. “Takane no hana” – Bir şeyi və ya bir insanı çox istəmək, lakin istədiyiniz şeyin çox uzaqda və əlçatmaz olması. “Aienkien” – Alın yazısının möcüzəvi bir şəkildə 2 insanı bir araya gətirməsi və xoşbəxt münasibət. “Ukiyo” – Həyatın bütün dərdlərindən uzaqlaşıb anı yaşamaq. “Kuchi ga sabishii” – Ürəyiniz istəmədiyi halda sadəcə vərdiş olduğu üçün nə isə yemək, içmək və ya siqaret çəkmək kimi fəaliyyətlər etmək. “Natsukashii” – Sevdiyiniz bir xatirəni yenidən xatırlayıb xoşbəxt olduğunuz an. “Inshin-denshin” – İki insanın danışmadan anlaşması. “Datsuzoku” – İnsanın gündəlik vərdişlərindən uzaqlaşması, qaçması. “Ikigai” – Yaşama səbəbi, səhər oyandığınız zaman sizi yataqdan çıxardan şey. Mənbə. bildirchin.az
568 Views