Həzrət Əlinin (ə) Həzrət Zəhraya (s.ə) elçiliyi necə olmuşdur?

Həzrət Əlinin (ə) Həzrət Zəhraya (s.ə) elçiliyi necə olmuşdur?

İmam Əli (ə) nəql edir: “Səhabələrdən bəzisi mənim yanıma gəlib dedilər: “Yaxşı olar ki, Peyğəmbərin (s) xidmətinə gedəsən və Həzrət Zəhra (s.ə) ilə evlənmək istəyini ona deyəsən”. Mən Həzrətin (s) xidmətinə getdim və məni görən zaman üzündə təbəssüm yarandı və buyurdu: “Ya Əbəl-Həsən! Nə üçün gəlmisən? Nə istəyirsən?”. Mən qohumluq əlaqəsindən və dində qabaqcıl olmağım haqqında danışdım və Həzrət (s) buyurdu: “Ey Əli! Düz deyirsən! Hətta dediklərindən daha üstünsən”. Dedim: “Ya Rəsulallah! Mən elçilik üçün gəlmişəm. Fatimənin (s.ə) mənim həyat yoldaşım olmasını qəbul edirsinizmi?”. Həzrət (s) buyurdu: “Əli! Səndən əvvəl də Fatimənin (s.ə) elçiliyi üçün gələnlər olmuşdur. Onunla bu haqda danışanda, üzündə narazılıq hiss etmişəm. Amma sən bir az gözlə, mən indi gəlirəm”. O zaman ki, Peyğəmbər (s) qızının yanına gedir, o, yerindən qalxır və atasının əbasını çıxardır. Ayaqqabılarını çıxardır və su hazırlayıb ayaqlarını yuyur. Sonra qayıdıb yerində əyləşir. Bu zaman Peyğəmbər (s) ona buyurur: “Fatiməcan! Mən Allahdan istəmişəm ki, Allah yanında ən sevimli olan insanı sənin həyat yoldaşın qərar versin. Əli ibni Əbutalib sənə elçi düşübdür, nə deyirsən?”. Xanım (s.ə) sakit durdu və üzünü çevirdi. Həzrət (s) onun üzündə razılıq əlamətini hiss etdi. Bu zaman yerindən qalxdı və buyurdu: “Allahu Əkbər! Fatimənin (s.ə) susması razılıq əlamətidir”. Cəbrayil (ə) Həzrətin (s) xidmətinə gəlir və deyir: “Ey Muhəmməd! Fatiməni (s.ə) Əli (ə) ilə evləndir. Allah Fatiməni (s.ə) Əli (ə) üçün bəyənmişdir. Əlini (ə) də Fatimə (s.ə) üçün”. Bu yolla biz ailə qurduq!”. (Beytutə) Beləliklə, Həzrət Əli (ə) ilə Xanım Fatiməyi-Zəhranın (s.ə) nikahını Uca Allah Özü bəyənmiş və bunu Rəsuli-Əkrəmə (s) bəyan etmişdir. Mənbə. (www.deyerler.org)
568 Views