Planetimizin açılmayan sirləri

Planetimizin açılmayan sirləri

Deja-vu Fransız sözü olan deja-vu Azərbaycan dilinə tərcümə edəndə  daha öncə görülmüş  mənasını verir. O xüsusi bir xatirə olaraq düşünülür və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hər kəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tükürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da, bu sehirli hissin səbəbi hələ də sirr olaraq qalır.
Stounhenç abidəsi
Bu abidə təxminən 2500 il bundan əvvəl tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Mayk Pirson belə hesab edir ki, Stounhenç bir neçə mərhələdə 1500 il ərzində inşa edilib. 1986-cı ildə UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən eramızdan əvvələ aid Stounhenç abidəsi Birləşmiş Krallığın  şimalında yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir. Deyilənlərə görə məşhur tikilinin  iki funksiyası var idi. Bunlardan birincisi onun astronomik rəsədxana olması, ikincisi isə dini sahə kimi istifadə olunmasıdır. 2012-ci ildə aparılan araşdırmalar nəticəsində məlum olub ki,  abidənin tikilməsində əsas məqsədlərdən biri Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olub. Qeyd edək ki, abidə haqqında aparılan  araşdırmalar hələ də davam etdirilməkdədir. Taos şəhərinin sirri ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar, illərdir çöl sahələrdə sehirli, gücsüz, sakit bir səsə sahib olan bir uğultu və titrəşim eşitdiklərini deyirlər. Bu sözləri Taosda yaşayan insanların əksəriyyəti söyləyir. Bəziləri isə bu səsin çöldə havanın yaradacağı bir səs, bəziləri isə bunun uğursuz bir sirr olduğuna inanırlar. Bu yer haqqında dəqiq olan  bir gerçək var, o da indiyə kimi heç kimin bu səsin haradan eşidildiyini bilməməsidir.
Əhd sandığı Hələ də sirr olaraq qalan əhd sandığının adı İncildə çəkilir. Yazıya görə, Tanrı Musa peyğəmbərə (s) elə bir məbəd tikməyi tapşırır ki, orada yəhudilər Allaha ibadət etsinlər. Məbəddə həmin əhd sandığının olduğu müqəddəs otaq da nəzərdə tutulmuşdu.  Akasiya ağacından hazırlanmış sandıq qızıldan olmalı idi. Sandıq həm də düşmənlərdən müdafiə olunmaq vasitəsi idi. Məhz ona yaxınlaşmaqla insanlar  qeyri-adi güc əldə edərək, düşmənə qalib gəlirdilər. Buna baxmayaraq, həmin sandığın mövcudluğu barədə heç bir fakt, foto və sənəd yoxdur. Sirli böyük ayaq izi Yeni qitədə(Amerikada) illər boyunca insana bənzəyən, çoxlu tükü olan, iri ayaqlı bir varlıq gördüklərini söyləyən-saysız hesabsız insanlar var.  Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də olsun iz tapılmayıb. Ortada şəkillər, videoyazıları və şahidlərin açıqlamalarından başqa heç nə yoxdur. Büllur kəllə İndiana Consun məşhur filmlərindən sonra, populyarlıq əldə edib. Onun sirri 1881-ci ildə Meksika arxeoloqları iki kəllə aşkar etdiyi vaxtdan başlayır. Mərkəzi və Cənubi Amerikada 13 belə büllur kəllə tapılıb. Belə bir nəzəriyyə var ki, bu kəllələr mayyalılar və asteklərlə bağlıdır. Qraf Drakula Ən məşhur vampir kimi tanınan, Brem Stokerin personajı  olan qraf Drakulanın varlığı hələ də bir sirr olaraq qalır. Həqiqi Drakula indiki Rumıniya ərazisi olan Valaxiyanın knyazı olub. Türklərin qatı düşməni olan qraf, öz ölkəsində vətənpərvər qəhrəman və amansız cəllad kimi tanınır. 100 mindən çox insanın ölümünə fərman verən qraf Drakula 1476-cı ildə türklərlə Buxarest yaxınlığında döyüşdə öldürülüb. Türklər onun başını kəsərək sultan 2-ci Mehmetə göndəriblər. Bədəninin digər hissələrinin harada olması müəmmalıdır. Deyilənlərə görə, Snaqov monastırında dəfn edilib. Lakin orada aparılan arxeoloji tədqiqatlar qəbrin monastırda olmadığını sübut edib. Ölümdən sonrakı həyat Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışırlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər təəssüf ki, hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə, ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmayıb. O biri dünyaya şübhə ilə baxan alimlər sözügedən mövzunun travma keçirmiş bir beynin “məhsulu” olduğunu qeyd edirlər. Bunun üçün ölümdən sonrakı həyat hələ də sirr olaraq qalır. Kəhrəba otaq 1701-ci ildə Prussiya kralı üçün yaradılan otaq sonradan Rusiya çarı I Pyotra göndərilir. Sonradan Britaniya kraliçası Yelizavetaya hədiyyə olunur. Otağın sahəsi 55 kv. metr olub. Onun hazırlanmasına 10 il vaxt və 6 ton kəhrəba sərf olunub. İkinci Dünya müharibəsi dövründə ruslar bu otağı geri qaytarmaq istəyib, lakin zaman keçdikcə kəhrəba kövrək olduğundan onu sadə divar kağızları ilə örtüblər. Nasistlər isə onu taparaq Kenisberq qəsrinə aparıblar. Qəsr dağılandan sonra kəhrəba otaq da oradan yoxa çıxıb və hələ də onun harda olması bir sirr olaraq qalır. Uçan boşqablar
Deyilənlərə görə, uçan boşqablar var. Çünki dünyanın hər yerində göy üzündə nə olduğu bilinməyən bir sıra obyektlər göründüyünü söyləyən insanlar var. «Mavi kitab» layihəsi 1947-1969-cu illər arasındakı dövrdə uçan naməlum obyektlər (UNO) haqqında məlumatların toplusudur. İnternetdə ABŞ Hərbi Hava Qüvvələrinin uçan obyektlər haqqındakı məlumatlarını özündə birləşdirən «Mavi kitab» layihəsi çərçivəsində 12 mindən artıq məruzə dərc edilib. Lakin son dönəmlərdə hərbçilər «uçan boşqablar» barədə məlumat yığmağı çoxdan dayandırsalar da, britaniyalılar müntəzəm olaraq yadplanetliləri görməyə davam edirlər. Keçən  ilin iyunun sonunda Londan səmasında, BBC Radiosunun binasının üzərində qəribə uçan obyektlər görərək onları mobil telefonların kamerasına çəkib internetə yerləşdiriblər. Amma bu obyektlər əslində bir təyyarə, meteor, yoxsa həqiqətən də Marslıların icad etdiyi son model bir kosmik gəmidirmi, bunlar hələ də bir sirr olaraq qalır.
Mənbə. kayzen.az
Müəllif: Samirə Tağıyeva,
Mənbə: “İki sahil”
568 Views