Hakerlər (Xakerlər)
Haker (ingiliscə hacker,rusca хакер) proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.
Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var:
- Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır.
- Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır.
- Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır.
- Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
- Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin.
- Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq.
- Bir şəxs ki, kompyuterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaq.
- Bir şəxs ki, haker dəyərlərini başa düşür və qiymətləndirir.
Hakerlərin kateqoriyaları
Haker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini haker hesab edirlər və ya başqaları tərəfindən onlar haker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü hakerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür. Haker: Yüksək ixtisaslı proqramçı Bu zaman haker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar. Haker: Kompyuter və şəbəkə təhlükəsizliyi üzrə ekspert Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompyuterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar:- "Qara kepkalılar" (Black hat)
- "Ağ kepkalılar" (White hat)
- "Boz kepkalılar" (Grey hat)
"Haker" sözünün mənşəyi və haker sözünün mənaları
Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində Massaçusetts Texnologiya İnstitutunda 1960-cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə kompyuterlərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960-cı illərədək kompyuter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir. İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hack sözü hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir. Hakerlər heç də həmişə edilmiş dəyişiklikləri proqramdakı səhvləri düzəltmək məqsədi ilə etmirdilər - bəzən bu dəyişikliklər müəlliflərin istəklərinin əksinə olaraq proqramın fəaliyyətini dəyişdirə bilərdi. Bu cür hadisələrin sayı getdikcə artırdı və hakerlərin fəaliyyəti aşkar olunurdu, hakerlik isə müəllif və istifadəçi arasında əks əlaqəyə çevrilirdi, jurnalistlər üçünsə bundan maraqlı heç nə ola bilməzdi. Daha sonra gizli proqram kodları erası başladı. Əksər proqramların kodları əlçatmaz oldu, gizli proqram kodlarının açılması isə hədsiz çox vaxt aparmağa başladı, küllü vəsait tələb etməyə başladı. Nəticədə hakerliyin müsbət rolu heçə endi. Proqram kodlarının açılması və onlara redaktə etmək üçün yalnız güclü motiv lazım idi, tezliklə bəzi hakerlərdə bu motivlər tapıldı - onlar başa düşdülər ki, bu yolla pul və populyarlıq qazana bilərlər. Nəticədə haker sözünün yeni, təhrif olunmuş formaları meydana gəldi: bu termin daha çox kompyuter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cani kimi başa düşülməyə başladı. İlk dəfə olaraq haker sözünü bu mənada Klifford Stoll tərəfindən "Ququ quşunun yumurtası" kitabında işlətmişdir, terminin bu mənada məşhurlaşmasında "Haker" kinofilminin də çox böyük rolu var. Hal-hazırda bu söz daha çox veb-təhlükəsizliyi pozulduğu zaman hak, hak etmək kimi istifadə olunur. Azad və açıq proqram təminatının müdafiəçisi kimi tanınan şəxslərdən bəziləri- məsələn Riçard Stollmen haker sözünü yalnız ilkin mənada işlətməyə çağırır.Tanınmış hakerlər
- Tim Berners-Lee
- Linus Torvalds
- Larri Uold
- Rasmus Lerdorf
- Riçard Stollmen
- Ceff Raskin
- Con MakKarti
- Erik Reymond
- Robert Morris
- Kevin Mitnik
- Dennis Riçç
- Ken Tompson
Haker terminləri (haker slenqi)
- Sniffer: Kompyuter şəbəkəsində informasiya trafikini idarə edən bir vasitədir. Hücum edən adam gizlice informasiya axınını izləyir və lazım olduqda bu paketləri handle edə bilir.
- Spam Tool: Bir istifadəçiyə istəyi olmadan göndərilən reklam və ya kimdən göndərildiyi məlum olmayan emaillər yollayan bir proqramdir.
- Spoofer: Hakerlərin sistemlərə həmin sistemin istifadəçisi olduğu kimi gostərmək üçün istifadə etdiyi proqramdır. Ən çox istifadə olunanı spoofing üsulu smurfs hücumlardır. İstifadəçinin IP-lərinə furmadan paketlər yollayır və cavab aldığında o IP altına girir. Amma internet trafikinqi flood səbəbinə görə zəifləyir.
- Port Scanner: 65536 dənə porta girişi olan bir kompyuterin portlarının vəziyyəti haqqında hakerlərə bildirmək işinə yarayır.
- Word List: Brute Force istifade olunan bir kompyuterə qarşı istifadə olunan parolların yerləşdiyi bir mətn faylıdır.
- Brute Force: İstifadəyə haqqı olmayan istifadəçilərin parolu olan sistemə hakerlərin əlindəki wordlist vasitəsi ilə parolları yoxlayaraq tapmağa çalışan bir parol sındırıcı (passwd cracking) proqramdır.
- Flooder: İnternet əlaqənizi sürətli pingler göndərərək yavaşladan və DOS hücumuna səbəb bir proqramdır.
- Hijacker: İstifadəçinin internet browserine homepage olaraq qurulan porno sayt tipli linkləri verən və bunları dəyişdirməyin qarşısını alan bir nervi troyanı.
- Keylogger: Özünü startup-a yerləşdirən və bəzəndə gizlədən bir proqramdır. Məqsədi isə klaviturada yazdığınız hər şeyi komyuterinizdə gizli bir text faylına kopyalayır və bu proqramı sizə göndərənə göndərən bir proqramdır.
- Packer: Faylları sıxışdırmaya ve başlıqlarına (headerlərini) parol qoymağa yarayan ve beləliklədə serverlerin anti-virus və anti-troyan proqramlardan qoruyan bir vasitədir.
- MailBombers: İstifadəçinin email ünvanına minlərlə email göndərən və göndərənin kim olduğunu əngəlləyən bir proqram.
- Worm: Konkret mənası yoxdur. Virus kimidir. Bunu hazırlayanın fantaziyasına uyğun hazırlanır. Tapılan bir deşik vasitəsiylə informasiyaları, parolları onu hazırlayana göndərə bilən bir vasitə.
- Hostile Script: VBS, WSH, JS, HTA, JSE, VBE faylları uzantısına sahib olan text faylların işlənməsi əsnasında sistemdə müxtəlif problemlərin çıxmasına səbəb olur.
- Hostile Activex: İstifadəçinin xəbəri olmadan yada bilmədən qəbul etdiyi internet səhifəsində kompyuterə yerləşib xəbərsizcə ishə düşən hostile activexler hard diski silmədən, parolların oğurlanmasını və daha bir çox işləri görə bilir.
- Exploit: Sistem deşiyi (zəifliyi) olaraq bilinir. Hakerlər tərəfindən hazırlanan bu exploitlər sistemə girən bir yoldur.
- Dropper: İstifadəçinin kompyuterinə ftp server-i açaraq müxtəlif troyan və virusların istifadəçinin xəbəri olmadan kompyuterinə endirilməsini təmin edən bir vasitədir.
- RAT: Uzaqdan idare etmə proqramı kimi adlandırmaq olar. Bununla pis niyyətli hakerlər istifadəçinin kompyterinə girə bilir və istədiyi hərəkəti eləyə bilir.
- DOS:(Denial of Service) Hər hansı bir saytın dondurulması işinə yarayır. Sayta daha çox paket və ya flood göndərib Dos hücumla saytın işləməsini dayandırır.
- Malware: İstifadəçi məlumatı olmayan kompyuterdə işləyən, kompyuterə zərər vermək məqsədi güdən hər proqrama verilən ümumi bir addır.
- Proxy: İstifadçinin IP-sinə 80,8080 kimi portlardan bağlanıb əldə edilən IP-yə proxy deyilir.
- Java: Webmasterlərin tez-tez istifadə elədikləri java appetlərin işləməsinə yarayan bir proqramdır.
- Cookie: Web səhifələri tərəfindən kompyuterimizə xəbərsizcə buraxılan və bir səfərki girişimizdə səhifənin bizi tanımasını təmin edən kiçik txt fayldır.
- P2P software: Kazaa, Imesh tərzindəki proqramlara verilən və istifadəçilərin qarşılıqlı bir-birinə bağlanaraq fayıl alış - verişini təmin edən bir proqramdır.
- Kriptoqrafiya: Məlumatın anlaşılmaması üçün hər hansı bir funksiya ilə dəyişdirilməsindən(və yenə anlaşılacaq vəziyyətə gətirilməsindən)bəhs edən elmdir.
- Lag: Daha cox IRC istifadəsində hiss etdiyimiz yavaşlama, gecikmə hadisəsinə verilən addır.
- Adware: Reklam məqsədli olan istifadəçilərə istəkləri olmadan saytları açan, homepage-i dəyişdirən və bunun kimi hərəkətləri edən bir proqramdır.
- Fake Mail: Email istifadəçisini aldadaraq onun login və parolunu oğurlamağa yarayan bir hak üsulu.