İtlər haqqında maraqlı faktlar
Aşağıdakı faktları çox güman ki, bir çoxunuz bilir. Amma yenədə bildiklərimizi sayaq . Bilməyənlərdə bilsin.
1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.
2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.
3. Hər kəs öz itinin nə qədər yaşayacağını onun üz cizgilərinə görə hesablaya bilər. Uzun və sivri üzü olan itlər yastı üzü olanlara nisbətən çox yaşayır.
4. Dalmatin cinsindən olan it balaları doğularkən tamamilə ağ rəngdə olurlar, qara ləkələr isə onlar təxminən 3 həftəlik olduqlarında yaranmağa başlayır.
5. Sağlam insan qidalarının çoxu heyvanlar üçün də faydalı olduğu halda, bəzilərini itlərin yeməsi təhlükəlidir. Hətta çox az üzüm və kişmiş də it üçün ölümcül ola bilər. Fındıq, soğan, sarımsaq və digər kofein tərkibli ərzaqlar sizin itlərə heç vaxt verməməli olduğunuz qidalardandır. Az miqdarda alma və digər meyvələri yemək itlər üçün yaxşı olsa da, alma və digər meyvələrin toxumlarında toplanan sianid insanlar üçün zərərli olmadığı halda çox miqdarda verilməsi itlər üçün ölümcül ola bilər.
6. Heç də bütün itlər hürə bilmir. Basenji növündən olan balaca ov iti hürə bilməsə də mahnı oxuya bilir.
7. İtlərin yalnızca yaxşı iy bilmək deyil, həmçinin eşitmək qabiliyyəti də vardır. Belə ki, onlar bizə nəzərən 4 dəfə daha uzaqdan gələn və hətta bizim eşidə bilmədiyimiz səsləri eşidə bilirlər.
8. Birləşmiş Ştatlarda 75 milyondan çox, dünyada isə 400 milyondan çox it vardır. Birləşmiş Ştatlar ev heyvanı olaraq it saxlayan ölkələr siyahısında birinci yerdədir. Ardınca isə Braziliya və Çin gəlir.
9. Tazı cinsindən olan dünyanın ən sürətli ov iti Qreyhound 45 km/saat sürətlə qaça bilir.
10. Corc Vaşinqton bir dəfədə 36 tülkü tazısı almışdır. Bu rəqəm sizə çox görünə bilər, lakin rekord göstəricidən uzaqdı. Ən çox sayda itə sahib olan Kubla Xanın 5000 Matiff cinsindən olan iti vardır.
11. Heyvan psixoloqlarının araşdırmasına görə, orta yaşlı it iki yaşlı insan balası ilə eyni dərəcədə ağıllıdır. İtlər 250-yə qədər söz və jestləri başa düşə, 5-ə qədər saya və bəzi əsas riyazi hesablamaları edə bilirlər. Moskvada bəzi sahibsiz itlər hətta metrodan istifadə etməyi öyrənirlər. Qida axtarışı zamanı sahibsiz itlər insanların az məskunlaşdığı yerlərdən daha çox insan olan yerlərə getmək üçün metrodan istifadə edirlər.
12. İtlər qucaqlanmağı sevmirlər. Biz insanlar itləri qucaqlamağı sevgi və bağlılıq rəmzi kimi başa düşsə də, onlar bunu hökmranlıq kimi mənalandırırlar.
Mənbə. Kayzen.az