Karbohidratlı qidaların xeyir və ziyanları
İsti havalarda insanlar rahat, enerjili və yüngül qidalnmaya üstünlük verdiklərindən daha çox meyvələrə, xüsusən də karbohidratlı meyvələr yeməyə üstünlük verirlər. Bu qidalarda vitamin, karbohidrat maddələrlə zəngin olduğundan daha çox pəhriz qidası vasitəsi kimi istifadə edir. Amma onu da unutmaq lazım deyil ki, zəngin karbohodrata malik qidalar orqanizm üçün nə qədər xeyrili olsa da, onu miqdarında qəbul etmək lazəmdır. əks təqdirdə insan orqanizmi üçün müəyyən problemlər yaradır. Ölkə.Az istinadən-
Yüksək enerjiyə malik üzvi maddələrdən ibarət olan karbihidratlar orqanizmə qida ilə daxil olur və insan orqanizminin tam müxtəlif ehtiyaclarını ödəyir. İnsanlar xarakterinə görə karbohidratlı qıdalara üstünlük verir. Çünki onun tərkibindəki qlükoza ehtiyat karbohidrata – qlikogenə çevrilir ki, bu da qanda şəkərin səviyyəsini normal səviyyədə saxlamağa xidmət edən və bütün orqanlar sisteminin sabit fəaliyyətini təmin edən enerji ehtiyatıdır.
Karbohidratlar isə xarakterinə görə iki yerə bölünür. Sadə (xalq arasında “sürətli” ) və mürəkkəb (yenə də, “asta”) olur.
Birincilərə biz süd məhsullarında, meyvə və şirniyyatlarda rast gəlirik. Onlar tez həzm olunaraq sorulur, aclıq hissi isə yenidən yaranır.
Mürəkkəb karbohidratların həzmi və sorulmasına çox vaxt gedir, bu isə toxluq hissinin uzun müddət qalmasına və təkrar qida qəbul etməməyə imkan verir. Məsələn: bəzi zəruri fermentlərin bizdə olmaması səbəbindən, sellüloz orqanizmimizdə həzm olunmur. Aclıq hissinin müddətini uzadır, bağırsağın işini tənzimləyir, parçalanmadan əmələ gələn toksik maddələri orqanizmdən xaric edir, xolesterinin səviyyəsinə müsbət təsir edir.
Karbohidratlardan qaçma!
Tibbi məlumatlara əsasən, onların rasiondakı payı zülal və yağlarla nisbətdə 50% təşkil edə bilər.
Aşağı karbohidratlı pəhrizin məşhurluğuna və onların vəd etdiyi nəticəyə baxmayaraq, öz sağlamlığını qorumağa ehtiyac var. Karbohidratlar orqanizmə daxil olmadan, ilk əvvəl qlikogen ehtiyatı tükənir, sonra isə alternativ enerji mənbəyi olan yağların parçalanması başlayır. Amma bu metod arıqlamaq üçün bu heç də əla seçim deyildir. Bu cür böyük miqdarda yağların oksidləşməsinə (turşumasına) səbəb olan vəziyyət orqanizmdəki bir sıra mühüm sistemlərin pozulmasına gətirib çıxara bilər.
Bunun əvəzinə:
Sürətli karbohidratları tamamilə uzaqlaşdırmadan, lakin məhdudlaşdırmaqla, rasiona daha çox mürəkkəb karbohidratları (özlü taxıl unundan çörək, meyvə, tərəvəz, sərt buğda növündən makaron, kəpək, paxlalı bitkilər, qoz-fındıq və müxtəlif toxumlar) daxil et;
Sürətli karbohidratlar arasında üstünlüyü, qlükoza və ya saxarozadansa, mədəaltı vəz və fiqura üçün daha çox qoruyucu əhəmiyyətə malik olan fruktozaya vermək yaxşı olardı;
Sadə karbohidratların asta sürətlə istifadə olunması üçün günün ilk yarısını seçmək daha yaxşı olardı, çünki günün yuxudan sonrakı hissəsinə düşən bu dönəmdə qanda şəkərin səviyyəsi aşağı olur və qlikogen ehtiyatları tükənir və orqanizmin energetik qüvvəsini bərpa etmək lazımdır.
Yazar. Hazırladı Mürtəza
Mənbə. Ölkə.Az