Qəhrəman Türk Qadının hekayəsi (gərçək həyatdan götürülmüş hekayədir)

Qəhrəman Türk Qadının hekayəsi (gərçək həyatdan götürülmüş hekayədir)

Bu hadisə Türrkiyədə Qurtuluş müharibəsində Baş Vermişdir.

İneboluya çıxarılan silah və döyüş ləvazimatı Kastomonudan Ankaraya, oradan da cəbhəyə göndərilirdi. 1921-ci ilin dekabr ayında birdən-birə beyazlamaya başlayan qar bütün yolları örtmüşdü. İstanbuldan Kastamonuya kimi gedən və necə olubsa yolda qafilədən geri qalan gənc bir qadın fırtınalı bir gecədə sabaha qədər yağan qarın altında yoluna davam etmişdi. Döyüş sursatı yüklənmiş iritəkərli arabası ilə yorğun-arğın bir halda Kastamonu qışlağının qapısına qədər ancaq gələ bilmiş və daha şəhərə girmək ona qismət olmadan yolun kənarında durmuşdu.

Arabanın yanına gedənlər ürək ağrıdıcı və çox dəhşətli bir mənzərə ilə qarşılaşmışdılar. Bu vətənvərpər qadının bu qiymətli yükü qorumaq üçün yorğanlarını top mərmilərin üstünə sərdiyi və özü də bir əlində qırmanc qollarını açaraq yorğanları qucaqladığı və həmin vəziyyətdə də səhərə yaxın donduğu məlum olmuşdu. Hadisə yerinə göndərilən Cəmil və Rifat çavuşlar ağlaya-ağlaya şəhidin üzərindəki qarı süpürüb, onu arabadan götürərkən, ağlayan bir uşağın səsini eşitmişdilər. Və ananı yana çəkib, yorğanları qaldırdıqda, gördükləri mənzərədən heyrətə gəlmişdilər. Otlara sarılmış, mərmilərin arasında yerləşdirilmiş çulların içərisində qundaqdakı bir qız uşağı donmaqdan qurtulmuş və ətrafdakı hərəkətlilikdən oyanaraq, əmizdirlmək üçün ağlamağa başlamışdı. Döyüş sursatı və balası uğrunda özünü qurban verən bu qəhrəman türk anasının acı hekayəsini bu vətən torpaqlarında yaşayan hər kəsin, xüsusilə də gənc nəsillərin yaxşı qiymətləndirilməsi lazımdır.

568 Views