Category: Hekayələr

Dünyanın ən ağıllı cinayətkarı: Ted Bundy

Ted Bundy 1974-1978-ci illərdə ABŞ-da 30-dan çox qadını öldürmüş silsilə cinayətlər törətmiş qatildir. Onu digər qatillərdən fərqləndirən, yaraşıqlı geyimi, təmiz görünüşü, kübar, təhsilli, mədəniyyətli olması və qadınların marağını özünə cəlb edən cazibəyə sahib olmasıdır.

Continue reading

Öz yerini tapanlar hekayə

Sultan Mahmuda dedilər ki: – Əfəndimiz, bir nəfər özünü peyğəmbər elan edib. Sultan dedi: – Onu mənim yanıma gətirin. Yalançı peyğəmbəri gətirdilər. Ayaqyalın, başıaçıq, aclıqdan ordu-orduna keçmiş, üst-başı tökülmüş bir nəfər idi. Sultan Mahmud dedi:

Continue reading

XƏLİFƏNİN SÜFRƏSİ VƏ ACI AQİBƏT

Şərik ibn Abdullah Nəxəi hicri-qəməri tarixi ilə 2-ci əsrin məşhur alim və ruhanilərindən idi. O, elm və təqvada şöhrət qazanmışdı. Abbasi xəlifəsi Mehdi ibn Mənsur onu qazi təyin etmək istəyirdi, lakin Şərik ibn Abdullah özünü zülmkar hökumətdən uzaq saxlamaq üçün, bu vəzifədən boyun qaçırırdı. Xəlifə ona buyurdu ki, qazilik vəzifəsini qəbul etmirsənsə, heç olmasa, övladlarımın …

Continue reading

İMAM BAQİR (Ə) VƏ ZAHİDİN NƏSİHƏTİ

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən Məhəmməd ibn Münkədir gözlənilmədən Mədinənin xaricində yerləşən bir məntəqə ikən, qəflətən gözü canlı-cüssəli bir kişiyə sataşdı və məlum oldu ki, o, belə qızmar havada özünün əkin yerinə baş çəkməyə gəlmişdir. Məhəmməd ibn Münkədir …

Continue reading

Böyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Continue reading

Ürəklərin yaxınlığı…

Bir gün müəllim uşaqlardan soruşur: – Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər? – Çünki sakitliklərini qoruya bilmirlər – deyə uşaqlardan biri cavab verdi.

Continue reading

Makedoniyalı İsgəndərin həyatından

Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir: – Bunun harası pisdir. Demək onlar qabaqcadan qələbə qazanmaq əhval-ruhiyyəsindədirlər. Bir dəfə Dara üzərində qələbələrin birindən sonra küçə ilə gedərkən, İsgəndər ona çatmalı olan qızıl əşyalar ilə yüklənmiş …

Continue reading

Dayanın…

Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir. “Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi) ” Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq …

Continue reading

Andrey Tarkovskinin gündəlikləri

Andrey Tarkovski gündəliyini 1970-1986-cı illər aralığında yazıb. Gündəliklərində Tarkovskinin bədii zövqü, dünya rejissorları, eləcə də Sovet rejissorları ilə olan dostluq və düşmənçilik münasibətləri də əks olunub. 1970-ci il «Tomas Mannı yenidən oxumağa başladım. O dahidir. Mənasız bir mövzudan bəhs etsə də, „Venetsiyada ölüm” çox gözəldir.” (15 avqust 1970) “XX əsr duyğusal inflyasiyanın böyüməsinə şahidlik etdi. …

Continue reading

Qırmızı böyürtkən hekayəsi(Vahid Məmmədli)

Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin …

Continue reading