Bir ovuc dua, bir qucaq sevgi, sevgiylə yazılmış bir mesaj qısaldar məsafələri, birləşdirər könülləri, bir xoş gülümsəmə, kiçik bir hədiyyə daha da yaxınlaşdırar bizi bir-birimizə. Ürəyiniz nur, eviniz dinclik dolsun. Qurban Bayramınız bərəkətli olsun! Qurban Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, xoşbəxtliyiniz qatlı, süfrəniz şirin, məkanınız taxtlı, ömürünüz bəxtli, yuvanız bərəkətli olsun. …
Category: Statuslar və Hazır mesajlar
İyl 21 2020
Dilimizdə qarşılığı olmayan bəzi yaponca sözlər
“Wabi-Sabi” – Əslində bir həyat fəlsəfəsidir. Hər bir qüsurda gözəlliyi və mükəmməlliyi tapmaq mənasına gəlir. “Boketto” – Heç nə etmədən və düşünmədən uzaqlara baxmaq. Bir çoxumuz gün ərzində bu halı yaşayırıq. “Tsundoku” – Yeni bir kitab alıb, onu oxumadan digər oxumadığımız kitabların arasına qoymaq mənasına gəlir. Tanış haldır, elə deyilmi?
Mar 28 2020
Söz soxucu statuslar 2020
Oturub sənə şərəfin nə olduğunu izah edərdim amma itirdiyi bir şeyi dinləmək ağır gələr insana…
Dek 26 2019
“Dark” serialından replikalar
Son illərin bəlkə ən hit seriallarından biri də Almaniya istehsalı “Netflix” serialı olan “Dark” və ya “Qaranlıq” serialıdır. Zamanı səyahəti mövzusunu işləmə tərzi ilə özünə böyük fanat ordusu yığan serialın sitatları da çox bəyənildi. 2-ci mövsümü yenicə bitən və 3-cü mövsümünün çəkilişləri davam edən serialdan bəzi sitatları nəzərə çatdırıram:
May 07 2019
Hərf səhvləri
Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir.
Apr 15 2019
Bəzi Qısa mesajların Mənası Nədir ? (Y),(H)
Günümüzdə sosial şəbəkələrin geniş istifadə edilməsi, yaxud da hər keçən gün bilgi alış verişinin artması dilimizə, yazı şəklimizə yeni qısaldılmış, çox mənalı işarələr gətirir. Bunlardan bəziləri (H), (L) və (Y) işarələridir. Mötərizələrin və hərflərin köməkliyi ilə ortaya çıxan bu işarələr “msn” məktublaşma vərdişindən ortaya çıxmışdır.
Mar 20 2019
Novruz Bayramı təbrik mesajları
1. Baharın gəlişini müjdələyən Novruz, qardaşlığımızın gücünü də müjdələsin. Bu Novruz bayramınız mübarək olsun. 2. Sabahınız xeyir əziz dostum, Türk dünyasının bayramı Novruzunuzu təbrik edirəm. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.
Yan 03 2019
Məndə sığar iki cahan (İMADƏDDIN NƏSIMI)
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün, Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Yan 03 2019
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi (Nizami Gəncəvi)
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi. Ona mən göz yetirib xəlvəti baxdım, baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Son şərhlər