Kişi sonsuzluğu haqqında

Hər bir kişi müəyyən yaşdan sonra nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər 10 ailədən biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.“Sonsuz nigah” – müxtəlif kontrasepsiya metodlarından istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin olmadığı nigah adlandırılır.

Qeyd etmək lazımdır ki, qadının xəstə olması dünyaya uşaq gətirə bilməyən yalnız 40% ailədə sonsuzluğun səbəbi olur. 45% hallarda “günahkar” kişi olur. Qalan 15% kişi və qadın orqanizmlərinin uyğunsuzluq hallarına düşür (immunoloji adlandırılan sonsuzluq forması və digər daha nadir hallar).

Kişi sonsuzluğunun səbəbləri

Bir cavab yazın

Your email address will not be published.