Qurban bayramının namazı Azan və İqamə oxunmadan niyyətlə başlayır.
Qurban bayramı namazı iki rükət qılınır. Birinci rükətdə “Həmd” (Fatihə) və surədən sonra beş təkbir (Allahu Əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur.
Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və ikinci səcdə yerinə yetirilir. İkinci rükətdə isə “Həmd” və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur.
Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi, rüku və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, Qurban namazı ucadan və üstüaçıq yerdə qılınsın.
Birinci və ikinci Rükətdə “Həmd” surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə “Həmd” surəsindən sonra “Şəms”, ikinci rükətdə isə “Əla” surəsi oxunsun.
Son şərhlər