11.11.2018 keçən gecədə güclü yağış nəticəsində Lənkəranda bugün 12.11.2018 tarixində çay daşqını ilə sel gətirdi
Dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Şıxakəran Mamüstə ,Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib.
Mamüstə kəndində çəkilən video
https://youtu.be/ddupblzU3rs
Şıxakəran kəndində çəkilən video
https://youtu.be/mamijk8NvW4?t=1