Cəhənnəmin ən az qapısının dəhşətli təsviri

Cəhənnəmin ən az qapısının dəhşətli təsviri

Nəql edilir ki, Həzrət Peyğəmbər (s) Mədinə məscidində namaz qılırdı və tənha idi. Ərəb bir qadın oradan keçirmiş və Həzrəti (s) tənha halda namaza dayanan görür. Qadının ürəyinə gəlir ki, Peyğəmbərə (s) iqtida etsin və namaz qılsın ki, xoşbəxt və aqibət xeyirli olsun. Bu işi görür və Həzrətin (s) ondan xəbəri olmur. Namazda bu ayə nazil olur: «Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir». Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. (Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür”). (“Hicr” 43-44).  Bu qadın həmin ayəni eşidən kimi özündən gedir və bihuş olur. Həzrət Peyğəmbər (s) onun səsini eşidən kimi namazdan ayrılır. Bilala buyurur ki, su gətirsin. Qadının üzünə tökürlər və o, ayılır. Bu zaman Peyğəmbər (s) qadına buyurur: “Ey qadın, sənə nə oldu?”. Qadın deyir: “Ey Allahın Rəsulu! Səni gördüm ki, namaza tənha dayanmısan. Ürəyim istədi ki, sənə iqtida edərək, iki rükət namaz qılım. Ey Rəsulallah! Oxuduğun Allahın kitabından idi, yoxsa özündən idi?”. Həzrət (s) buyurur: “Allahın Kitabından”. Deyir: “Ya Rəsulallah! Mənim bədənimin hər bir üzvü cəhənnəmim qapılarına tapşırılacaqdır ki, əzab olunsun?”. Həzrət (s) buyurur: “İnsanları əməllərinin ölçüsünə görə cəhənnəmin hər bir qapısında əzab edərlər”. Qadın deyir: “Mən dərviş bir qadınam və malım yoxdur. Yeddi qulum var idi və hamısını azad etmişəm, cəhənnəmin hər bir qapısına görə”. Cəbrayil (ə) gəlir və deyir: “Ərəb qadına müjdə ver ki, Allah Təala cəhənnəmin qapılarını ona haram etmişdir və behişt qapılarını ona açmışdır”. Seyyid ibni Tavus nəql edir ki, o zaman ki, bu iki şəfərli ayə Peyğəmbərə (s) nazil olur, Həzrət (s) şiddətli göz yaşı tökür. Səhabələri də ağlayır və heç kəs bilmirdi ki, Cəbrayil (ə) nə gətirmişdir. Hər kəs sükut etmişdi və Həzrət Zəhranın (s.ə) sorağına gedirlər. Salman Xanımla (s.ə) bir yerdə gəlir. Fatimə (s.ə) atasından soruşur: “Atacan! Nə olmuşdur ki, belə ağlayırsınız?”. Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə), necə ağlamayım ki, Cəbrayil (ə) bu ayəni gətirmişdir”. Həzrət Fatimə (s.ə) deyir: “Ey Allahın Rəsulu! Cəhənnəm qapılarından birinin sifətini bəyan edin”. Həzrət Peyğəmbər (s) buyurur: “Ya Fatimə (s.ə)! Cəhənnəm qapılarının ən az qapısı o qapıdır ki, orada atəşdən 70 min dağ vardır. Hər bir dağda atəşdən 70 min vadi vardır. Hər bir vadidə atəşdən 70 min dərə vardır. Hər bir dərədə atəşdən 70 min böyük şəhər vardır. Hər bir şəhərdə atəşdən 70 min saray vardır. Hər bir sarayda da atəşdən 70 min saray vardır. Hər bir sarayda atəşdən 70 min ev vardır. Hər bir evdə atəşdən 70 min tabut vardır. Hər bir tabutda hər cür əzab vardır ki, biri o birisinə bənzəməz”. Həzrət Fatimə (s.ə) yerə düşdü və buyurdu: “Vay o kəsə ki, atəşə düşər!”. Salman dedi: “Kaş qoyun olardım və ətimi yeyərdilər”. Əbuzər dedi: “Kaş anam məni doğmazdı və atəşin zikrini eşitməzdim”. Əmmar dedi: “Kaş quş olardım, hesabım və əzabım olmazdı”. Həzrət Əli (ə) ağlayaraq əlini başına qoyur və buyurur: “Vay olsun səfərin uzunluğundan və Qiyamət səfərinin azuqəsinin azlığından! Cəzalanarlar (o kəslər ki,) xəstələri ziyarət etməzlər, yaralıları müalicə etməzlər, əsirləri buraxmazlar. Atəşdən yeyər və içərlər. Atəş təbəqələri arasında alt-üst olarlar. Şeytanlarla yaxın olarlar”.
568 Views