Çingiz Xan milliyətcə kim olub?
Tarixçi-tədqiqatçıların çoxillik araşdırmaları nəticəsində məlum olmuşdur ki, Çingiz xan milliyətcə monqol olmayıb.
Çingiz xanın bütün həyatını tarixi faktlar əsasında araşdıran alimlər (əsasən də, ukr. tarixçi alim Vlad Belinski) bir çox tarixi faktlar əsasında bu qənaətə gəlmişlər. Belə ki, Çingiz xanın yaratdığı imperiyanın özülünü qoyan ilk 4 tayfa monqol deyil,- kiyat, kerey, naymen, merkit adlı türk tayfaları olmuşdur.
Çingiz xanın atası Yesugey kiyat tayfasının başçısı olub. Çingiz xana 4 övlad dünyaya gətirən arvadı Börte isə ponirat (türk əsilli tayfa) olub. Çingizxanın dörd övladəna da türk adı qoyulub, bu arada monqollarda “xan” titulu olmayıb. Bunlardan başqa, Çingiz xanın hakimiyyəti dövründə bütün işlər türk dilində aparılırdı. Xanın ağ keçə üzərində yuxarı qaldırılması və seçkilər özü-özlüyündə qədim türk (daha dəqiqi – Qazax) adət-ənənəsi olmuşdur. Çingiz xanın əsil adı isə Timurçin (qazax ləhcəsində) idi.
Çingiz xanın türk əsilli olduğunu təsdiqləyən başqa versiyalar da mövcuddur. Belə ki, Çingiz xanın Şərqə yürüşü zamanı bütün türk tayfaları onun hakimiyyətini qeyri-şərtsiz qəbul etmişdilər. Əsasən də, Qazaxıstan ərazisində Çingiz xanın ordusuna qarşı yerli tayfalar heç bir təzyiq göstərməmiş, heç bir qarşıdurma olmamışdır. Əksinə, Çingiz xanın ordusunu yerli tayfalar çox xoş qarşılamışlar, hətta naymenlər və digər tayfalar Çingiz xanın imperiyasına qoşulmuşlar. Çingiz xanın imperiyasına könüllü sürətdə ilk daxil olan ərazi Qazaxıstan olmuşdur. Bundan başqa, Çingiz xanın Şərqə yürüş etməsinə əsas səbəb Şərq torpaqlarının o zamanlar Xarəzm hakimiyyətinə tabe olması idi.
Yuxarıdakı tarixi faktların dürüstlüyünü digər tarixçi-tədqiqatçılar təsdiqləmişlər. Rusiya tarixçisi Murad Hacının fikirləri V. Belinskinin fikirləri ilə üst-üstə düşür. M. Hacının fikrincə, Çingiz xan əslən Altay dağı ətəklərində yaşayan köçəri türk tayfalardandır. Tarixçiyə görə, Çingiz xan Çinə yürüş edərkən, yolüstü onun ordusuna monqollar da qoşulmuşlar.
Yuxarıda adları çəkilən hər iki tanınmış tarixçilərin dediklərini daha bir neçə tarixi faktlar da təşdiqləyir. Belə ki, Çingiz xanın imperiyası dövründə buraxılan pul-sikkələrin üzərində olan yazılar türkcə olub və əksəriyyətində isə “Qazax” sözü həkk olunmuşdur.
Bütün bu sadalanan faktlardan belə nəticə hasil olur ki, məşhur sərkərdə, fateh Çingiz xan milliyətcə monqol deyil, türk olmuşdur. Daha dəqiq desək, qazax olmuşdur.
Mənbə. AZENS.AZ / Orucova Jalə
Bizimyol.info. istinadən yazaılmış məqalə