Gəncin hikməti və yaşam fəlsəfəsi

Gəncin hikməti və yaşam fəlsəfəsi

Yaşlı bir ixtiyar sahibi ilə bir gənc oğlan, birlikdə bir küncdə əyləşib söhbətləşirdilər. Söhbət əsnasında önlərində gözəl geyimli, ağ libaslı biri peyda olur. İxtiyar sahibi və gənc oğlan çaşıb qalarlar. Bu kimdir belə, deyə. Ağ libaslı şəxs gənc oğlanın qarşısına bir kisə qızıl qoyur. Gənc: - Sağ ol, qızıla ehtiyacım yoxdu. - Olsun, mən sənə verirəm, istər özünə xərclə, istər fağır və yoxsullara payla. Qızıllar sənindi. Gənc çox israr etməz. Kisəni alır və dərhal hamısını ehtiyacı olduğunu bildiklərinə paylayar. Gənc oğlanın həmsöhbəti, yaşlı adam isə bütün bunlara şahid olar. Günün sonu gələr. Yaşlı adam elə həmin günün axşamı gənci, bir başqasından kömək istəyərkən görər və soruşar : - Nə üçün o bir kisə qızıldan özünə bircə qızıl belə ayırmadın, indi özün dilənirsən..? Gənc təmkilə cavab verər : - Axşama qədər yaşayacağımı düşünə bilməzdim.  
568 Views