Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?

Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?

Məzhəbi təlimlərə əsasən Məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə cismani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyədə və İmam Kazım (ə) zindana dözməkdə və s.... Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Busifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur. Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların imamətinin tərtibinə əssən qeyd olunubdur. Ətreaflı cavab Məzhəbi təlimlərə əsasən məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə asimani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onlardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyə də və İmam Kazım (ə) zindana dözməkdə və s.... Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Bu sifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur. Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların İmamətinin tərtibinə əsasən qeyd olunubdur. Nümunə ünvanında bir neçə hədisə işarə edirik: 1.İmam Sadiq (ə) buyurub: Hər kim Əmirəl- mömininin Əlinin (ə) riyazətini tərk edə Allah- Taala ona nəzər etməz. Mələklər və Peyğəmbərlər riyazət edən şəxsi ziyarət etmirsən? Həqiqətən Əmirəl- möminin bütün İmamlardan üstündür. 2. Hişam ibn Salim deyir: Həzrət Sadiqə (ə) dedim: İmam Həsən (ə) fəzilətli və üstündür yaxud İmam Hüseyn (ə)? Buyurdu: İmam Həsən, İmam Hüeyndən fəzilətlidir. Dedim: Bəs nəyə görə İmamət, o həzrətdən (ə) sonra İmam Hüseynin (ə) övladlarında davam tapdı və İmam Həsənin (ə) övladlarına yetişmədi? Buyurdu: Allah- Taala istədi Musa və Harunun (ə) adəti (ənənəsi) o ikisinin haqqında da icra oluna. Baxmayaraq ki, onun hər ikisi nübüvvətə şərik idilər necə ki, İmam Həsən və İmam Hüseyn (ə) İmamətdə şərik idilər. Allah Taala nübüvvəti Musanın övladlarında deyil Harunun övladlarında qərar verdi. Baxmayaraq ki, Musa Harundan fəzilətli və üstün idi. Dedim: Eyni vaxtda iki İmamın olması mümkündürmü? Buyurudu: Xeyr. Ola bilər o ikisindən biri sakit otura və öz zamanının İmamından itaət edə və ikincisi onun rəhbəri ola. Amma hər ikisi eyni zamanda İmamətə məmur ola bilməz. 3. Ənəş rəvayət edir ki, Həzrət Sadiqdən (ə) soruşdum: Peyğəmbərdən (s) sonra ən üstün və xilafətə layiqli şəxs kimdir? Buyurdu: Əli ibn Əbi Talib, ondan sonra Həsən, sonra Hüseyn (Allahın rəsulunun (s) nəvələri və qadınların ən yaxşısının övladları), sonra Əli ibnil- Hüseyn, sonra Məhəmməd ibn Əli, ondan sonra Cəfər ibn Məhəmməd, sonra hidayət olmuş və hidayət edən İmamlar; çünki səbr, iffət və düzgünlük, islah etmək və çalışmaq, əmanətdarlıq (hər bir kəsə), uzun səcdə etmək, gecəni ibadətə məşul omaq, haramdan uzaqlıq, fərəcin (xilas olmanın) intizarın çəkmək, xoşrəftarlıq və qonşuluğu riayət etmək, onlardadır. Daha çox agahlıq üçün aşağıdakı göstəricilərə müraciət edin: Psixoloji və bəşəri baxışda İmamların arasındakı fərq İmam Həsən, hidayət çırağı və nicat gəmisi. Həzrət Məhəmməd (s) və Əlinin (ə) nurani vəhdəti (birliyi). İmam buyurdu: Allahın qüdrətinə təəccüb etməyin. Mən Məhəmməd və Məhəmməd mən. Və Məhəmməd buyurdu: Camaat,Allahın qüdrətinə təəccüb etməyin. Mən Əliyəm və Əli mən. Bizim hamımız bir nurdanıq, bizim ruhumuz Allahın əmrindədir, bizim birincimiz Məhəmməd, ortancılımız Məhəmməd, axırıncımız Məhəmməd və bizim hamımız Məhəmmədik. Mənbə. ahlibeyt.ge
568 Views