Süveyş kanalının tarixi

Süveyş kanalının tarixi

Süveyş kanalı (Suez Canal) Sinay yarımadasının qərbində, Misir ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Əsas limanları Port-Səid və Süveyş şəhərləridir. Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 25 aprel 1859-cu ildə başlanılmış, 16 noyabr 1869-cu ildə açılmışdır. Kanal ilk açıldığında 163 km uzunluğu və 8 metr dərinliyi olub. Hazırda isə, Süveyş   kanalının uzunluğu 193 km, eni 205 metr, dərinliyi isə 24 metrdir. Süveyş kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, 2003-cü ilin yekunlarına əsasən, kanaldan 17224 gəmi keçmişdir. Keçid müddəti 11-16 saat təşkil edir. Süveyş Kanalı 31 oktyabr 1956-cı ildən 24 aprel 1957-ci ilədək, həmçinin 5 iyun 1967-ci ildən 10 iyun 1975-ci ilədək bağlı olub. Süveyş kanalının tarixi İlk bağlanmaya səbəb Süveyş böhranı adı ilə tanınan ikinci İsrail rejimi-ərəb müharibəsi olub. 1956-cı ilin oktyabrından başlayaraq Süveyş kanalının administrasiyasının səlahiyyətləri ilə bağlı fikir ayrılığı genişlənib və bunun nəticəsi olaraq Böyük Britaniya, Fransa və İsrail rejimi Misirə qarşı hərbi əməliyyatlara başlayıb. Nəhayət, bu əməliyyatlar 1957-ci ilin martında sona çatıb. Afrika qitəsində yerləşməsinə baxmayaraq, Süveyş kanalı Asiya və Avropa dənizçiliyi üçün də çox önəmli su yoludur. Məlumatlara görə, dünya dəniz nəqliyyatının, təxminən 10%-i Süveyş kanalı vasitəsilə həyata keçirilir. Başqa sözlə desək, hər il bu kanaldan 20 minədək gəmi keçir. Bu da gündəlik 600 gəmi deməkdir. Mənbə. kayzen.az
568 Views