ABŞ dahilərinin həyatından

ABŞ dahilərinin həyatından

Amerika alimi Franklin elektrik keçirməni öz oğlu ilə birlikdə ilanlar üzərində öyrənmişdir. Amerika yazıçısı, filosof Toro (1817-1862) demişdir: «Bu qısa müddətli həyatı, əbədi həyat qanunu ilə yaşamaq lazımdır.»

ABŞ-ın Konnektikut universitetinin psixoloqu Yozef Renzull istedadın inkişafına kömək göstərən aşağıdakı faktorları sadalayır: Dövrün sosial-iqtisadi vəziyyəti, valideynlərin şəxsiyyəti, rəsmi və qeyri-rəsmi təhsil səviyyəsi, onların sosial vəziyyəti, uşağın fiziki sağlamlığı, valideynlərdən yaxşı miras qalması və evin muzeylər yaxınlığında yerləşməsi, həmçinin şəxsi faktorlardan - özünüdərk, cəsarət, xarakter, intuisiya, öz gücünə inam, qələbə ehtirası, enerji, şəxsi təsir qabiliyyəti, özünün dünyaya hansısa missiya üçün gəldiyini hiss etməsi və s.

Amerika Birləşmiş Ştatlarının görkəmli dövlət xadimi, prezident Linkoln (1809-1865) müharibə zamanı bir neçə generalın və arabaya qoşulmuş qatırın cənubluların əlinə keçdiyini eşidərkən demişdi: -Çox təəssüf.Qatırın hər biri bizə iki yüz dollara başa gəlir! Məşhur Amerika yazıçısı Norman Kazins düçar olduğu ağır xəstəliyi gülüş terapiyasının köməyi ilə müalicə etmişdir. Məşhur amerikan biznesmeni Corc Tollman öz telefonunun avtocavab cihazına həmişə belə bir məlumat qoyardı: «Çox ehtimal ki, bu saat evdəyəm. Lakin, xoşum gəlməyən bir nəfərlə danışmaq istəmədi­yim üçün telefona özüm cavab vermirəm. Zəhmət olmasa, öz məlumatınızı telefonun avtocavab cihazına deyin və mən sonra dinləyib sizə zəng vuraram. Yox, əgər zəng vurmasam deməli həmin adam sizsiz...» Mark Tven bir dəfə «Donuz» sözü yazılmış imzasız məktub alır. Ertəsi gün, öz qəzetində yazana belə cavab dərc edir: «Adətən mən imzasız məktublar alıram. Dünən birinci dəfə olaraq məktubsuz imza aldım.» Mark Tven öz huşsuzluğu ilə məşhur idi. Bir dəfə o, qatarda gedərkən kupeyə nəzarətçi daxil olur. Mark Tven biletini axtarmağa başlayır, bütün ciblərini eşələyir, lakin tapa bilmir. Axırda, yazıçını üzdən tanıyan nəzarətçi deyir: -Di yaxşı, narahat olmayın, mənə geri qayıdanda göstərərsiniz. Tapmasanız da eybi yoxdur, xırda məsələdir...- Bunun nəyi xırda məsələdir, - deyə Mark Tven etiraz edir. - Əgər bu lənətə gəlmiş bileti tapmasam hara getdiyimi bilməyəcəyəm. Bir dəfə dostlarından biri Mark Tvendən borc pul götürür və qaytarmaq vaxtı ilə bağlı belə deyir ki, inşallah əgər ölməyib-sağ qalsam gələn ayın bu vaxtına qədər qaytaracağam. Lakin deyilən vaxt da, ondan sonra daha bir ay da keçir, lakin puldan səs-soraq olmur. Belə olan Mark Tven qəzetdə həmin adamla əlaqədar belə bir başsağlığı dərc etdirir: «Dərin hüznlə, əzizimiz Harri Dunkanın ölümü ilə əlaqədar onun yaxınlarına başsağlığı verirəm. O filan vaxt məndən 500 dollar borc almışdı və alanda da bildirmişdi ki, əgər ölməyib-sağ qalsa düz bir aydan sonra qaytaracam. Əziz dostum Harri Dunkan həmişə öz vədinə sadiq, sözübütöv bir insan olduğu üçün indi qətiyyən heç bir şübhə yoxdur ki, o məhz dünyasını dəyişdiyi üçün bu pulu bu qədər vaxtda çatdıra bilməyib. Allah rəhmət eləsin...!» Bütün şəhər bu elana gülür və «rəhmətlik» tapılır, Tven öz pulunu alır.
Mənbə Əslində onlar kimdir? Kitabından
Müəllif İlyas Həsənov,Ellada Həziyeva
Məlumat kayzen.az
568 Views