Delfinlər haqqında bilmədiklərimiz

Delfinlər haqqında bilmədiklərimiz

Delfinlər balıq deyillər…

Suda yaşadıqlarına baxmayaraq delfinlər balıqlara deyil, insanlara daha yaxındır. Balıqlardan fərqli olaraq delfinlər övladlarını insanlar kimi dünyaya gətirir, onları südlə bəsləyir. Bundan əlavə onların pul əvəzinə, zərif və hamar dərisi var.

Onların beyni…

Delfinlərin beyninin çəkisi 1 700 qramm təşkil edir. İnsanın beyninin çəkisi isə 1 400 qramm. Doğrudur ağırlıq heç nəyi həll etmir. Ancaq aparılan araşdırmalar göstərmişdir ki, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur.

Onlar ünsiyyət qurur…

Hər kəsə məlumdur ki, delfinlər öz aralarında fitə bənzər siqnallar verməklə ünsiyyət qurur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, delfinlər 14 000 fərqli siqnlardan istifadə edir. Bu da orta statistik insanın söz ehtiyyatına bərabərdir. Bundan əlavə hər bir delfinin onun dəstəsi tərəfindən verilmiş adı var.

Onlar özünü bərpa etmə bacarığına malikdirlər…

Bəli, delfinlərin belə bir bacarığı var. Bir delfin zədə aldığı zaman qan itirməz, iltihab qapmaz. Bunun əksinə o, özünü sürətlə bərpa edər. Ən maraqlısı isə odur ki, yaralı delfini sağlam bir delfinlə müqayisə etdiyimiz zaman, hərəkət və davranışlarda heç bir fərqə rast gəlinmir. Məhz buna görə də, delfinlərin sinir sisteminin ağrı hissini blok etdiyi güman edilir.

Bonus

Hindistan Höküməti yaxın keçmişdə delfinləri heyvanların siyahısından silərək onlara «şəxsiyyət» statusunu verdi. Beləliklə, Hindistan delfinlərin intellektini və şüurunu qəbul etmiş ilk ölkə oldu. Burada delfinlərin müdafiəsinə də xüsusi diqqət yetirilir. Mənbə.bildirchin.az
568 Views