Yeni Zelandiya ölkəsi FOTO

Yeni Zelandiya ölkəsi FOTO

Paytaxt: Wellington
Telefon kodu: +64
Pul növüi: Yeni Zelanda Doları
Qitə: Okyanda yerləşir
Resmi dilleri: İngilizce, Maorice, Yeni Zelanda İşaret Dili Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir. Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir. Yeni Zelandiya qarlı dağları, yaşıl meydanları, sahilləri, gölləri və şəlalələri ilə möhtəşəm mənzərələrə malikdir. Yeni Zelandiyanın ilk insanları Maorilərdir. Avropalılar buranı 1642-ci ildə kəşf ediblər. Ancaq 1700-ci ilə qədər yerləşməmişlər. Bu gün əhalinin əksəriyyəti Avropa mənşəlidir. Yalnız 15%-i maorilərdən ibarətdir. Avropa mənşəli Yeni Zelandiyalılara "pakeha" deyilir. Pakeha, maori dilində "ağ adam" mənasını daşıyır. Yeni Zelandiyadakı həyat standardı, dünyanın ən yüksək standardlarından biridir. İqtisadiyyat neçə illər idi ki, kənd təsərrüfatı ilə yaşayırdı. Bu gün isə kənd təsərrüfatı ilə birlikdə istehsalat da inkişaf edir. Ticarət önəmli yerə malikdir. Xüsusilə Yaponiya, Avstraliya, İngiltərə və ABŞ ilə ticarət əlaqələri mövcuddur. Yeni Zelandiyanın mülayim və rütubətli bir iqlimi var. Ən soyuq ay İyul, ən isti aylar isə Yanvar və Fevraldır. Yayda temperatur 18-29 dərəcə, qışda isə 2-13 dərəcə arasında olur. Yağışlar çox tez-tez yağır. Bir günün içində hava günəşli olduğu halda, qəflətən yağış başlayıb, ardınca yenidən günəş çıxa bilər. Ä°lgili resim
568 Views