Göy Qurşağı Necə Yaranır
Günümüzdə göy qurşaqları haqqında elmi isbatlarla əldə edilən məlumatlar, qədim dövrlərdəki əfsanələri tamamı ilə inkar etməkdədir. Əlbəttə bu deyimləri bizim də əfsanə kimi qəbul etməkdən başqa bir seçimimiz yoxdur. Çünki, hər şey elmi izahı ilə ortadadır.
Göy qurşağı tamamı ilə, meterolojik bir hadisədir. Yəni, bu nə çıxdığı zaman bolluq gətirən əlamət ya da başqa bir şey deyil. Sadəcə bir izahı ortada olan təbiət hadisəsidir.
Göy qurşağı günəş dalğalarının, şüalarının yağış damlaları və sis tərəfindən qızılması və əks olunması nəticəsində ortaya çıxır. Yəni, yağış damcıları və sis üzərində əks olunan şüalar düşdüyü bucaqdan aslı olaraq rənglər alır. Amma, göy qurşağının rəngləri eyni zamanda sabittir və əksər hallarda qırmızı rəng ən çöl hissədə, bənövşəyi rəng isə iç hissədə yer alır. Bəzi istisna vəziyyətlərdə ikinci tip və üçüncü tip göy qurşaqları da görülə biər. İkinci tip dediyimiz qurşaqda bənövşəyi rəng ən çöldə, qırmızı rəng isə ən içdə yer alır. Üçüncü tip dediymiz qurşaq isə ya tünd qırmızı ya da yaşıl qırmızı rənglərdən ibarət olur.
Biz nə qədər hərəkət edirsək edək, göy qurşaqları ilə aramızdakı məsafə eyni qalacaqdır və biz hərəkətdə olarkən hərəhət bucağımızdan aslı olaraq rənglər də dəyişəcəkdir. Elə bu əbəbdən də, iki insanın durmuş olduğu mçvqedən aslı olaraq onlar göy qurşaqlarını fərqli görəcəklər. Amma, ən çox görünən göy qurşağının rəng sıralaması isə, qırmızı, narıncı, sarı, yaşıl, yaşıl-göy, göy və bənövşəyidir. Unutmayaq ki, göy qurşağı daha çox axşama doğru yaz yağışlarından sonra görünür. Güclü yağış sonrası olan göy qurşaqları daha aydın rəngli, xırda yağış sonrası şıxan göy qurşaqları isə, rəng baxımından zəyif seçilsə də daha geniş olur. Siz də yaz günü havaya su damcılarını püskürtərək sünü göy qurşağı yarada bilərsiniz.
Mənbə.bilgibazarı.com