İMAM BAQİRDƏN (Ə) ŞİƏLİK İDDİASI EDƏNLƏRƏ...

İMAM BAQİRDƏN (Ə) ŞİƏLİK İDDİASI EDƏNLƏRƏ...

İmam Baqir (ə) Cabirə buyurmuşdur: “Ey Cabir, şiəlik iddiası edən hansı bir şəxs biz Əhli-beytin məhəbbətilə kifayətlənə bilər?! Allaha and olsun, Ondan qorxmayan (təqvalı olmayan) və Ona itaət etməyən kəs şiəmiz deyil. Ey Cabir, onların  (şiələrimiz) təvazökar, itaət, əmanətdarlıq, daim Allahı yad etmək, oruc tutub namaz qılmaq, ata-anaya yaxşılıq, kasıb qonşulara, yoxsullara, borclulara və yetimlərə kömək etmək, düz danışmaq, Quran oxumaq, insanlara qarşı xoşbinlik, əlaqə saxladığı və get-gəl etdiyi kəslərin etimadını qazanmaqdan başqa peşələri yoxdur.” Cabir deyir ki, mən o həzrətə dedim: “Ey Peyğəmbər övladı, bu gün bizim aramızda bunlara layiqincə əməl edən bir kəs yoxdur.” Həzrət buyurdu: “Ey Cabir, hər hansı batil fikir səni aldatmasın! Səncə, bir kəs “Mən Əlini sevir və onu rəhbər bilirəm!” – deyərək, (axirət üçün) çalışmayıb laqeyd qala bilərmi?! “Mən Allahın Rəsulunu (s) (Əlidən (ə) üstün olan kəsi) sevirəm!” – deyib kifayətlənən, onun “sirə” və “sünnə”sinə tabe olmayan şəxsə Peyğəmbərin (s) məhəbbəti bir fayda verməz. Belə isə Allahdan (cəzasından) qorxun və Onun yanındakılara (əbədi səadətə) nail olmaq üçün çalışın! Allahın heç kimlə qohumluğu yoxdur. Allah dərgahında ən sevimli (və ən əziz) bəndələr təqvalılar və itaətkarlardır. Ey Cabir, Allaha and olsun, Ona itaətdən başqa bir yolla yaxınlaşmaq olmaz! Nə biz bir kəsə (cəhənnəmdən) bəraət qazandıra bilərik, nə də bir kəsin Allah yanında belə hüququ vardır. Allaha itaət edən bizim dostumuz, Ona asi olan isə düşmənimizdir. Bizim vilayət və dostluğumuz yalnız əməl və təqva ilə əldə edilə bilər.” (“Əl-kafi”, 2-ci cild, səh.74, hədis: “Sifatuş-şiə”, 90-cu cild, səh.22.) Mənbə. Maide.Az
568 Views