Qadınlarla bağlı məhşurların maraqlı sözləri
1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
-- Dick Van Dyke
2. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər.
-- Marcel Achard
3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heç nəyə.
-- Miguel De Cervantes
4. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.
-- Pablo Picasso
5. Qadınlar: onlarsız yaşaya bilmirəm, qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm.
-- Sean Williamson
6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil.
-- Norman Mailer
7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini.
-- Samuel Butler
8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm.
-- W.C. Fields(Mississippi, 1935)
9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim
-- Groucho Marx
10. Qızın 18 yaşınadək yaxşı valedeynlərə ehtiyacı vardır; 18-35 arası onun yaxçı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalı. 55 yaşından sonar isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pul ehtiyat edirəm
-- Sophie Tucker
11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır.
-- Mae West
12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə barmağı həmişə F5 düyməsindədir)
-- Oliver Herford
13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır.
-- Rudyard Kipling
14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan peşəkardır sadəcə.
-- Joey Adams
15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi.
-- Aristotle Onassis
16. Bir gün bir qız zəng eləyib dedi ki, “gəl bizə, evdə heç kim yoxdur”. Mən də getdim evə. Evdə doğrudan da heç kim yox idi.
-- Rodney Dangerfield
Mənbə.kayzen.az