Yəməndə uşaqların aclıq və ölümü ilə bağlı xəbərdarlıq (Video)

Yəməndə uşaqların aclıq və ölümü ilə bağlı xəbərdarlıq (Video)

Yəmənli uşaqların bütöv bir nəsli  qıda çatışmamazlığına səbəbindən  məhv olmaq təhlükəsi ilə üz-üzədir.
https://youtu.be/7QQl8FfB4qY
FAO-nun mütəxəssisi Trast Emlambo  bildirir ki,  əhalisinin 70 faizi Səudiyyə rejiminin təcavüzü nəticsəində öz  yurdlarından didərgin düşdüyü Hudeydədə uzun müddətdə  qida çatışmamazlığından əziyyət çəkən uşaqlar  xəstəliklərlə mübarizədə problemlərlə üzləşəcək.
O deyib ki,  düşünürəm  ilk növbədə biz kəskin qida çatışmamazlığından əzab çəkən məhv olmasının şahidi olacağıq. “Uzun müddətdə  bu uşaqların  düzgün qidalanmayaraq böyüməsi  onların bədənlərinin müqavimətini xəstəliklər qarşısında zəiflədir.   Bu böyük bir probelmdir.  Bizim  bu uşaqları qorumağımız çox vacibdir”
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da  bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir.
2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
Mənbə.maide.az
568 Views