Dünyada bu günə qədər yaşamiş insan sayı
Amerika Əhali Araşdırma Bürosu (PRB) bu günə qədər dünyada nə qədər insan yaşadığını araşdırmağa çalışmışdır. İlk olaraq Homo Sapiensləri qəbul edən bu araşdırma eramızdan əvvəl (e.ə) 50.000-ci illərə
qədər uzanır. Əslində insanabənzər canlıların bir neçə milyon ildir var olduğu təxmin edilsə də, başlanğıc kimi Homo Sapiyenslər ələ alınmışdır. Hesablamalar nəticəsində bu günə qədər (2017) dünyada 108 milyarddan artıq insanın var olduğu ortaya çıxmış. 2017-ci il etibarı ilə dünyada yaşayan insan sayısının 7.5 milyard olduğu sirr deyil və bu günümüzə qədər yaşamış bütün insanların 7%-nə bərabərdir.
Əslində insan sayısında sürətli artış 19-cu əsrdən müşahidə edilməyə başlanmışdır. Digər bir sözlə bu gün 7.5 milyard olan insan sayısı 1800-cü ilə qədər 1 (bir) milyarda çatmamışdır. Yəni, 1800-cü ilə qədər 1 milyard artabilmiş insan sayısı, son 200 ildə 6.5 milyard artış göstərmişdir. Təbii ki, bu insanların həyat şəraitinin yüksəlməsi, tibbin inkişafı, dövlətçilik anlayışı kimi bir sıra səbəblərlə əlaqələndirilməlidir.
Bəhs olunan araşdırmanın müxtəlif dövrlər üçün təxmin etdiyi insan sayısından bəziləri aşağıdakı kimidir.
E.Ə 50.000-ci il 2 insan.
E.Ə 800-cü il 5.000.000 (5 milyon)
1200-cü il 450.000.000 (450 milyon)
1750-ci il 750.000.000 (750 milyon)
1900-cü il 1.656.000.000 ( 1 milyard 656 milyon)
1950-ci il 2.516.000.000 (2 milyard 516 milyon)
1995-ci il 5.760.000.000 (5 milyard 760 milyon)
2011-ci il 6.987.0000.000 (6 milyard 987 milyon)
2017-ci il 7.536.000.000 (7 milyard 536 milyon) yaşamış toplam insan sayısı 108 milyard.
2030-cu il 8.563.000.000 (8 milyard 563 milyon) var olacaq toplam insan sayısı 110 milyard
2050-ci il 9.846.000.000 (9 milyard 846 milyon) var olacaq toplam insan sayısı 113 milyard