Ölümləri Belə Hekayə Olan Yazarlar

Ölümləri Belə Hekayə Olan Yazarlar

Eshilos – Başına tısbağa düşərək

Antik Yunan dövrünün  yazıçılarından olan Eshilosun ölümü, eşidə biləcəyiniz ən qəribə şəkildə baş verib: Başına tısbağa düşərək. Qartalların tutduqları tısbağaları sərt qayalara vuraraq qabıqlarını parçaladıqları bilinən bir üsuldur. Eshilos’un şansızlığı isə, həmin vaxtda oradan keçməsi olub.  

Tennessee Williams – Dərman şüşəsi qapağı udaraq

Amerikalı oyun yazarı, göz problemi üçün istifadə etdiyi göz damlasının qapağı ağzına düşərkən boğularaq ölüb. Bu talehsiz ölümün ardınca talehsiz bir hadisə də baş verib: Öldükdən sonra dənizə atılmağı vəsiyyət edən yazarın bu istəyinə əməl ediməmiş və bir qəbiristanlığa dəfn edilmişdir.  

Jacqueline Susann – Xərçəngdən

“Nə zamandan bəri xərçəng qəribə bir ölüm şəkli oldu?” deyə soruşmanız təbiidir. ABŞ-ın öndə gələn qadın yazıçılarından Jacqueline Susannın ölümü deyil, sonrasındakı aqibəti son dərəcə maraqlıdır. Külləri əri tərəfindən kitab şəklində olan xüsusi bir qaba qoyulmuş və kitab rəfində yazdığı kitabların arasında mühafizə edilir. Yəni yazar, sözün əsl mənasında əsərləri ilə yaşayır!  

Percy Bysshe Shelley – Dənizdə boğularaq

Bəli, dənizdə boğulmaq da maraqlı deyil. İngilis romantik axınından olan Percy Bysshe Shelleyin hekayəsinin qəribəliyi də ölümündən sonra baş verib onsuz da. Bədəni yandırıldıqdan sonra qəribə şəkildə ürəyi alovların təsirindən xilas olur və kül olmur. Yanmayan ürək, şairin arvadına təqdim edilir.  

Dante Alighieri  Qızdırmadan

İlahi Komediya-nın yazıçısı, İtalyan ədəbiyyatının qabaqcıl şəxsiyyəti Dante 1321-ci ildə öldüyü vaxt, basdırıldığı yerdən çıxarılıb bir kilsənin divarının içinə qoyulub. Səbəbi də məmləkəti olan Florensiyanın (o dövr İtaliyada feodal bir quruluş hakim idi) cəsədi oğurlaması qorxusu imiş. Onu da qeyd edək ki, Dante ilə əlaqədar bu sirr, əsrlər sonra aparılan bərpa işləri əsnasında təsadüfən ortaya çıxıb.  

Jan Potocki – Başına gümüş güllə vuraraq

Jan Potocki özünün vampir olduğuna inanırmış. Buna görə gümüş bir güllə yerləşdirdiyi tapançası ilə başını nişan alaraq atəş edib.

Ödön von Horváth – Fırtınada başına ağac budağı dəyərək.

Macarıstanlı yazar, Parisdə qopan bir fırtına əsnasında bir ağacdan qopan budağın başına dəyməsi nəticəsində həyatını itirib.  

Sylvia Plath – Başını sobaya soxub qazı açaraq

Ölümündən əvvəl depressiyadan əziyyət çəkən Sylvia Plath, başı evindəki sobanın içinə soxulmuş halda ölü tapılmışdı. Bu ədəbiyyata bir intihar hadisəsi olaraq keçsə də, çox insan Sylvia Plath’ın bir qəza nəticəsində özünü öldürdüyünə inanır. Mənbə. bilgibazarı.com
568 Views