Dünyanın ən zəkalı 10 heyvanı
İnsanlarla istər yer üzündə, istərsə də suda yaşayan canlılar var ki, bəziləri qidalanmaq üçün müxtəlif çıxış yolları tapır və ya güzgüdə özlərini tanıya bilirlər. Bu heyvanların bəziləri insanların ətrafında, bəziləri isə vəhşi təbiətdə yaşayır. Dünyanın ən ağıllı və zəkalı heyvan cinslərini sıralayaraq, “ağıllı 10-luq” yaratdıq.
10. – Qarışqalar
Qarışqalar, heyvanlar arasında en böyük beyinə sahib olmasalar da, hərəkət, toxunma, iy və səsdən ibarət seçimləri edə bilir. Qarışqalar kənd təsərrüfatı, bağçılıq və hətta tibb bacısı kimi fəaliyyətlərə məxsusdur. Bununla belə başqa qarışqaları kölə halına salaraq, bəzi fəaliyyətlərdə yararlana bilirlər. Bundan əlavə minlərlə kilometrlik ərazini əhatə edən bir megopolis inşa edərək milyardlarla fərdin daxil olduğu bir şəhər təşkil edə bilirlər.
9. – Qarğalar
Qarğalar insanların varlığına və həyat tərzinə həddindən artıq çox uyğunlaşan quş tipidir. Güclü yaddaşa sahib olan bu quşlar, problem həll etmə qabiliyyətinə malikdirlər. Belə ki, qarğalar qozu maşınların keçdiyi yola atırlar və təkərin üstündən keçərək qırdığı qozun içini yeyirlər. Bir qarğa cinsi olan sağsağan özünü güzgüdə taniyabilən tək quş cinsidir.
8. – Su Samurları
Su samurları uşaqlar kimi palçıqda və suda oynamağı sevən heyvanlar olaraq tanınır. Su hövzələrinin bu ağıllı canlıları ən sevdikləri qida olan midyələrin qabıqlarını daşla qıracaq qədər və hətta ailələrinə sığınacaq təşkil edəcək qədər ağıllıdırlar.
7. – Donuzlar
Düşünülənlərin əksinə, donuzlar olduqca ağıllı və təmizdirlər. Tər bezlərinin olmamasına görə özlərini sərin saxlamaq üçün palçıqda vaxt keçirən donuzların üzərində 1990-cı illərdə aparılan təcrübələr, donuzların şempanzelər kimi surətli bir şəkildə öyrənəbildiklərini göstərdi.
6. – Osminoqlar
Osminoqlar onurğalı heyvanlardan fərqli olaraq, ətraflarındakı obyektləri bir vasitə olaraq istifadə edə bilən yeganə onurğasız canlı növüdür. Böyük Şimal Sakit okeanı osminoqu, molyuskalar tipinin başıayaqlılar sinfinə aid olanlar arasındakı ən zəkalı canlı növü olaraq tanınır. Osminoqlar vücud toxumalarını dəyiştirərək. ya da, diyər hərəkətləriylə bəzi fərdlər tanıyıb onlarla qarşılıq qura bilirlər.
5. – İtlər
Əsrlərdi insanlarla birlikdə yaşayaraq, biz insanlardan çox şey öyrənib. Aparılan müşahidələr itlərin diyər bütün heyvanlardan fərqli olaraq insanları ən yaxşı başa düşən heyvanlar olduğunu ortaya çıxartdı. Güclü yaddaşa sahib itlər, bir u.ağın zəkalıq dərəcəsində düşünə bilir və bununla bir çox bacarıq sərgiləyə bilirlər. Border collie, Labrador retriver və Kaniş it cinsləri diyərlərinə görə daha yüksək anlamaq bacarığına sahibdirlər.
4. – Balinalar
Yetişkin erkək balinaları 7.8 kq-lıq beyinləri ilə bütün canlılar arasında ən böyük beyinə sahipdirlər. Bu günə qədər əhatəli şəkildə incələnən balina növü olan Beluga Balinasının insan mimikalarını təqlid edə biləcək qədər yüksək zəka əlamətləri göstərdiyi müəyyən edilmişdir.
3. – Fillər
Quruda yaşayan heyvanlar arasında ən böyük beyinə sahib olan fillər, yüksək zəkaya və güclü ailə bağlarına sahibdirlər. Asiya filləri daxili müşahidə apara bilmə qabiliyyətinə və özünü ətraf ilə diyer fərdlərdən ayırıb bir fərd olaraq görəbilmə qabiliyyətinə sahibdirlər. Bundan əlavə heç bir dəstək olmadan rəsm çəkmək qabiliyyətinə də sahib olan fillər yaxınlarının ölümündən yas tutan nadir canlı növlərindəndir.
2. – Delfinlər
Şüşə burunlu delfinlər insanlara ən yaxın olan delfin növüdür. Delfinlər güzgüdə özünü tanıyan tək dəniz canlısıdır. Delfinlər qidalanmaq üçün dəniz dibini qazarkən, burunlarını qorumaq niyəti ilə süngərdən istifadə etməyi düşünəcək qədər zəkalıdırlar. Bundan əlavə olaraq, elm adamlarının 2013-cü ildə həyata keçirdiyi müşahidəyə görə, delfinlər bir-birlərinə xüsusi adlar verirlər. Delfinlər bir-birlərinə fit çalaraq adları ilə səslənirlər. Başqa bir müşahidələrə əsasən isə əslində bir delfin növü olan “Qatil balinalar”, özlərinə xas ləhçələrlə bilgi mənbəələrini və adətlərini nəsildən nəsilə ötürürlər.
1. – Hominidlər (meymunlar)
Hominidlər insanlardan sonra yaşayan ən zəkalı heyvan növü olaraq tanınır. Bu meymunlar, bonobolar, şempanzelər, oranqutanlar və qorillalar olmaqla 4 növə bölünürlər. Bu meymun növləri bir çox obyektləri vasitə olaraq istifadə edə bilirlər. Misal olaraq, çubuqlar vasitəsi ilə qarışqa tuta bilməklərini ya da ki, bir sudan keçmədən onun dərinliyini yoxlamaq üçün çubuqdan istifadə etməklərini göstərə bilərik. Bu meymunlar ailələrinin diyər üzvləri ilə və hətta insanlarla qarşılıqlı əlaqə qurmaqda olduqca bacarıqlıdırlar.
Mənbə. bilgibazari