Bertran Rassel – Azad Düşüncə
Bertran Rassel (1872 – 1970), ingilis riyaziyyatçı, filosof və ictimai xadim, “məntiqi atomizm” konsepsiyasının, “deskripsiya nəzəriyyəsi”nin yaradıcısı və analitik fəlsəfənin qurucusudur. 20-ci əsrin ən qabaqcıl məntiqşünaslarından biri olaraq tanınır. Russel anti-imperialist mövqeyinə görə Birinci Dünya Müharibəsində həbs olundu. Adolf Hitlerə qaşı təşviqatlar apardı. Viyetman müharibəsində Amerika hökumətini təqsirkar saydı. İsrailin Yaxın Şərq ölkələrinə qarşı olan mövqeyini tənqid edən məqalə yayımladı.
Yekun olaraq dərin keçmişə sahib olan Bertran Rasselın azad düşüncə barəsində etdiyi tövsiyələri qısa şəkildə sıraladıq.
- Heç bir şeyi mütləq dəqiqliklə bildiyinizi düşünməyin.
- Dəliləri gizlətməklə heç bir şey əldə edə bilməyəcəyinizi bilin. Dəlilər əvvəl axır ortaya çıxacaq.
- Etirazla qarşılaşdıqda, bu uşaqlarınız belə olsa, avtoritar rejimlə deyil məntiqinizlə qarşılıq verin. Avtoritarlıqla bağlı qələbə zahiridir və gerçək deyildir.
- Qəribə və ağıl almaz fikirlərə sahib olmaqdan qorxmayın. İndi qəbul edilənlər də zamanında qəribə və ağıl almaz idi.
- Xoşagəlməz belə olsa hər zaman həqiqətləri söyləməyi prisib halına salın. Çünki bunu gizlətmək daha xoşagəlməz davranışdır.
- Axmaqlar cənnətində yaşayanların xoşbəxtliyinə həsəd aparmayın, çünki sadəcə axmaqlar bunun xoşbəxtlik olduğunu düşünür.