James Bond 25: Yeni film elan edilib - bəs Daniel Craig haradadır?

James Bond 25: Yeni film elan edilib - bəs Daniel Craig haradadır?

James Bond silsiləsinin sayca 25-ci rəsmi filmi ekranlara 2019-ci ilin noyabr ayında çıxacaq, prodüserlər bildirib.

Hazırda adı hələ seçilməmiş həmin filmin ssenarisi Neal Purvis və Robert Wade tərəfindən yazılacaq. Bondiananın son altı filminin ssenariləri də elə həmin bu iki kinossenarist tərəfindən yazılıb. Lakin Bond rolunu Daniel Craig-in beşinci dəfə ifa edib-etməyəcəyi barədə hələlik heç bir məlumat verilməyib. BBC-nin malik olduğu məlumat aktyorun hələ kontrakta imza atmadığını güman etməyə əsas verir, lakin New York Times Craig-in bu dəfə də Bond roluna çəkiləcəyini artıq "həll olunmuş bir məsələ" kimi təsvir edir. Bond 25 filminin ABŞ-da ilk nümayişi noyabrın 8-də keçiriləcək. Britaniyada və digər ölkələrdə bu film ekranlara cüzi fərqlə bir qədər tez çıxacaq. Filmin prodüserləri bu dəfə də Michael G Wilson və Barbara Broccoli olacaqlar. Skyfall, aktyor Daniel Craig-in üçüncü Bond filmi, 2012-ci ildə ekranlara çıxandan sonra Britaniya kinoprokatı tarixində ən yüksək gəlir gətirən filmə çevrildi, lakin sonradan "Ulduz Müharibələri: Güc Oyanışı" ( Star Wars: Force Awakens) filmi bu sahədə yeni rekord vurdu. Mənbə. bbc.com
568 Views