Xanımlara tövsiyə – 5 kitab

Xanımlara tövsiyə – 5 kitab

Xanımlar üçün ilk vərdiş kitab oxumaq olmalıdır. Sizinlə paylaşdığımız beş kitabı mütləq oxuyun. Kitablardan öyrəndiklərimiz bütün ömür boyu bizə gərəkli olacaq, hətta müəyyən zamanlarda köməyimizə çatacaqdır. Son 5 ildə nəşr olunmuş qadınların mütləq oxumalı olduğu 5 kitab siyahısını tədqim edirik.

“EVERYTHING I NEVER TOLD YOU” 

Bu kitab 2014-cü ildə Celeste Ng tərəfindən yazılmışdır. Amerikada bir ailənin həyatında baş verən hadisələrdən, faciədən və xaosdan söhbət açılır. Süjet xətti ailənin sevimli qızı olan Lydianın cəsədinin göldə tapılması ilə başlayır…

“GOLDFINCH”

Əsərin müəllifi məşhur yazıçı Donna Tarttdır. 2013-cü ilin sentyabrında işıq üzü görən bu kitab dram mövzusunda “Pulitzer” mükafatına layiq görülmüşdür. 2019-cu ildə kitab haqqında eyniadlı film də tamaşaçılara təqdim olunacaq. Əsərdə New-Yorkda yaşayan 13 yaşlı oğlanın başına gələn hadisələrdən bəhs edilir.

“LAND OF LOVE AND DROWNING”

Tiphanie Yanique əsəri 2014-cü ildə nəşr edilmişdir. 1900-cü illərin əvvəllərində Virgin adaları Danimarkadan Amerika tabeliyinə keçirilmişdir. Kitabda həmin illərdə gəmi batması nəticəsində valideynini itirərək yetim qalan iki bacı və bir qardaşın rastlaşdıqları insanlardan və gələcəklərindən bəhs edilir.

“BOY, SNOW, BIRD”

Britaniyalı yazıçı Helen Oyeyemi tərəfindən yazılan əsər 2014-cü ildə oxuculara təqdim olunmuşdur. Yazıçının 5-ci əsəridir. Kitab gənc ağdərili qızın kiçik şəhərə gəlməsi ilə başlayır. Qeyd edək ki, burada Boy həmin qızın adıdır (Boy Novak). Süjet xəttində Amerikadakı rasizmdən də söz açılır.

“HER”

2013-cü ildə nəşr edilən əsərin müəllifi Christa Parravanidir. Əsər bioqrafiya və avtobioqrafiya janrlarındadır. Şəxsiyyət və sevgi xatirəsi hesab olunur. Gözəl və narahat gənc qadın faciəvi şəkildə ölür, onun əkizi isə həyatda qalmaq üçün mübarizə aparır.   Mənbə.  bildirchin.az
568 Views