Yuxuda Balıq Görmək Nə Məna Verir?

Yuxuda Balıq Görmək Nə Məna Verir?

Yuxuda balıq görmək ümumi şəkildə xoş əlamət şəklində açıqlanır. Ancaq bununla bərabər bəhs olunan yuxunun şəklindən aslı olaraq yozulma şəklində dəyişikliklər ola bilir. Bu baxımdan bu dəyişiklikləri başlıqlar şəklində aşağıdakı kimi izah etməyə çalışdıq. Balıq satın almaq. Bu yuxu əgər evli deyilsəniz, qısa bir zaman dilimində evlənəcəyinizə işarə edər. Balıq satmaq. Bəhs olunan yuxu madii vəziyyətin yaxşılaşacağına, ailəniz və övladlarıniz üçün düzgün qərar qəbul edəbiləcəyinə işarə edər. İlan balığı görmək. Bu tərz yuxu sizin işinizdən qovulacağınız, maddi cəhətdən sıxıntı ilə qarşılaşacağınıza işarə edər. Balıq yemək. Bu yuxu ümumi şəkildə xoş xəbərə işarə etməklə bərabər, yuxu sahibi kişi isə ailə həyatında uğurlu günlərin başlayacağına işarə edər. Əgər yuxu sahibi hamilə qadın isə doğumunun yaxşı keçəcəyinə ümid verir. Balıq sürüsü görmək. Balıq sürüsü sizin iş həyatınızda yüksəliş əldə edəcəyinizə, digər bir sözlə maddi məziyyətinizin yüksəlib, işinizdə uğurlu olacağınıza işarə edər. Eyni zamanda sürüdəki balıq sayısı nə qədər çox olarsa yuxarıda bəhs olunan xoş əlamətlər bir o qədər yüksək olacaqdır. Qırmızı balıq görmək. Bu yuxu sizin uzun müddət arzu etdiyiniz və çox istədiyiniz bir hadisənin həyata keçəcəyinə işarə edər. Balıq kəsdiyini görmək. Bəhs olunan yuxu sizin sağlamlığınızı yenidən əldə edəcəyiniz, xəstəlikləri üstələyəcəyiniz şəklində yozulur. Balığın əldən sürüşməsi. Bu yuxu sizin çətin günlər keçirdiyinizin, ruh halınızın daxilən çəkdiyiniz çətinliklərdən yorulduğunun xəbərçisidir. Balıq ovlamaq. Bu yuxu xoş xəbərin elçisi olmaqla bərabər, balğın növündən və ölçüsündən aslı olaraq fərqli nəticələr vəd edər. Əgər ovladığınız balıq bir ədəd, ancaq böyükdürsə bu sizin ailə həyatı quracağınız adamın maddi vəziyyətinin yaxşı olacağına işarə edər. İkinci bir halda balıqlar kiçikdirsə, bu əlinizə gözləmədik anda gəlmiş olacaq var-dövlətin tez bir zamanda əlinizdən çıxacağına işarədir. Üçüncü bir şərt isə, balıq ovlanan suyun duzlu və yaxud da bulanıq olması ilə əlaqəlidir. Əgər su bulanıq isə, bu sizin bəzi xoşagəlməz qərarlar verəcəyiniz, günah edəcəyiniz şəklində yozulur. Suyun duzlu olması bəzi kiçik sıxıntılarla üzləşəcəyinizə işarə edər. Qırmaq görmək. Qırmaqla balıq tutmaq daxilən sakitləyəcəyiniz və içinizə qapanıqlıqdan uzaqlaşacağınız şəklində yozulur. Eyni zamanda başqa bir adamın qırmaqla balıq tutduğunu görmüşsəniz, bu yeni insanlar tanıyacaq və dost çevrənizi böyüdəcəksiniz şəklində açıqlana bilər. Diri balıq yemək. Bu sizin mal-mülk əldə edəcəyiniz, əgər ana yaxud da ata olmağı planlaşdırırsınızsa tez bir zamanda xoş xəbər alacağınıza işarə edər. Köhnə balıq yemək. Bu tərz yuxu digər balıq yuxularından bir qədər fərqli olaraq xoşagəlməz şəkildə yozulur. Daha açıqlayıcı bir şəkildə-bəhs olunan yuxu evlənəcəyiniz şəxsin xoşagəlməz vərdişlərinin olacağına işarə edər. Üzən balıq görmək. Su üzərinə çıxan balıq ehtimal edilməyən xoş xəbərin elçisi kimi izah edilir. Yəni, yuxu sahibi uzun müddət arzu etdiyi, ancaq gerçəkləşməsi çətin olan arzularına qovuşacaqdır. Su üzərinə çıxan balıq eyni zamanda gizli mirasa qovuşma kimi də yozulur. Dənizdən və ya sudan balıq çıxarmaq. Bu yuxu yaxın zamanlarda əlinizə dəyərli bir əşyanın keçəcəyinə işarədir. Daha xoş yuxular görməyniz diləyi ilə…. Qaynaq:dreamatico\ruyatabirleri Mənbə. bilgibazarı.com
568 Views