Yarasanın Mükəmməl Hissiyatı
Yarasaların görüb görmədikləri ilə bağlı bir sıra tərəddüdlər olsa da bu artıq bu gün elmi olaraq sübut edilmişdir. Elm adamları ilk əvvəl yarasanı qaranlıq bir otağa salaraq otağa bir də milçək qoymuşlar. Gecə görmə qabiliyyətli kamera ilə izlənən otaqda olanlar elm adamlarını da təəccübləndirmişdir. Yarasa vaxt itirmədən uçan milçəyi tutmuşdur. Daha sonra tədqiqatçılar bunu yarasanın gecə görmə qabiliyyətindən, yoxsa hissiyatından qaynaqlandığını müəyyən etməyə
çalışmış, bu dəfə isə, milçəyin üzərini bağlamışlar. Ancaq, yarasa görünməz miçəyin yerini asanlıqla təsbit edərək onu ovlamışdır. Bir başqa təcrübədə isə bir tunel hazırlanmış və tunelin içində sıx şəkildə 0.6 mm ölçülü taxta parçalar yerləşdirilmişdir. Bu taxta parçalarının arasındakı ziqzaqvari kiçik aralıqlar yarasanın tunelin digər başına çıxmasına yaramaqda idi. Nəticədə yarasa yenə də bu təcrübədən asanlıqla qalib çıxmışdır.
Məlum olmuşdur ki, yarasalar görməsə də onların beynində güclü radar siqnalları vardır. Bu siqnallar yarasaya olduğu mühitin xəritəsini təsvir etməyə kömək edir. O hətta uçan milçəyə göndərdiyi siqnal dalğasının ona qayıdarkən frekans dəyişdirəcəyini bildiyi üçün əvvəlcədən hazırlıqlı olur. Nəticədə o hərəkətdə olan varlıqlara qarşı daha güclü siqnal dalğası göndərir.
Mənbə.bilgibazarı.com