Nə Üçün Özümüzü Qıdıqlaya Bilmirik?

Nə Üçün Özümüzü Qıdıqlaya Bilmirik?

Bu yazımızda xüsusi ilə azyaşlıların cavab tapmaq istədiyi suallardan biri haqqında danışacağıq. Ancaq bu sual yalnızca azyaşlıları deyil, eyni zamanda böyükləri də düşündürən tipdəndir. İnsan nə üçün özü-özünü qıdıqlaya bilmir? Yəqin ki, həyatınız boyu bir dəfə də olsa siz də bu sual ətrafında düşünmüş, ancaq əksəriyyətiniz sizi razı salancavabla qarşılaşmamısınız. Bu baxımdan müxtəlif qaynaqlardan əldə etdiyimiz araşdırma nəticəsini sizinlə paylaşırıq. Yuxarıda da bəhs olunduğu kimi insanlar başqalarını asanlıqla qıdıqlaya bildiyi halda, özünü qıdıqlamağa çalışarkən üz mimikasında kiçik belə olsa dəyişikliyin olmadığını müşahidə etmişlər. Bu təzadın cavabı təbii ki, bir sıra elmi araşdırmaçını da düşündürmüş və onlardan ikisinin laboratoriya mühitində həyata keçirdiyi tədqiqat daha qane edici nəticələri ortaya qoymuşdur. İlk olaraq Avstraliyanın Monash Universitetinin nümayəndəsi George Van Doorn tədqiqat nəticəsi bu hadisənin nevrologiya ilə sıx əlaqəli olduğunu və beynimizin üstün gücünü açıq aşkar ortaya çıxmaqdadır. Araşdırmadan əldə edilən nəticəyə əsasən beynimiz bizdən qeyri iradi olaraq “fərqləndirmə” etməyi bacarır. Digər bir sözlə, beynimiz kənar qüvvələrin bədənimizə etdiyi təsirlə, öz iradəmizlə özümüzün bədənimizə etdiyimiz təsiri asanlıqla ayıra bilir. İkinci bir araşdırma isə, London Universitetindən Sarah Layne Blakemore tərəfindən həyata keçirilmiş və daha açıqlayıcı nəticələr əldə edilmişdir. Laboratoriya mühitində bir neçə iştirakçının cəlb edilməsi ilə baş tutan araşdırmada insanların özlərini və başqalarını qıdıqlayarkən qıdıqlanan tərəfin beyinindəki dəyişimlər izlənmişdir. Nəticə, qıdıqlama zamanı beynin iki siqnal ötürdüyünü və ikinci siqnalın gülümsəməyə səbəb olan siqnal olduğu aşkar edilmişdir. Ancaq, özü-özünü qıdıqlayan iştirakçılarda ikinci siqnalın göndərilmədiyi məlum olmuşdur. Bunun səbəbi isə, beynin buna öncədən hazır olması və toxunuşun kənar təsir olmadığını təsbit edə bilməsidir. Nəticəyə daha da aydınlıq gətirilməsi üçün fərqli şəkillərlə beyni aldatma yoluna gedilmiş və bunun üçün müxtəlif texnoloji alətlər istifadə edilmişdir. Bu alətlərin biri insanın özü-özünü qıdıqlamasına kömək edən uzun çubuq şəklində hazırlanmışdır. Alət qıdıqlama əmrini beynin verdiyi əmrdən 200 millisaniyə gecikdirərək beyni aldatmaqla insanın özü-özünü qıdıqlamasının mümkün olduğunu sübut etmişdir. 200 millisaniyəlik zaman aralığı 400,500 və hətta 1000 millisaniyə kimi daha uzun zaman aralığı ilə əvəz edildikdə qıdıqlanma şiddətinin daha da artdığı məlum olmuşdur. Bunun səbəbi isə, beynin hazırlıqsız olması, və zaman aralığını bilmədiyi üçün 200 millisaniyəlik fasilədən sonra iştirakçıların bədəninə toxunan çubuğu xarici təsir olaraq qəbul etməsidir. Son olaraq, tədqiqatçılar bu şəkildə bir refleksin beynimizin bizi xarici təsirlərdən qorumaq üçün etdiyi nəticəsinə gəlmişlər. Qaynaq: science.howstuffworks.com və bbc.com Mənbə. bilgibazarı.com
568 Views