Sevən cütlüklərin etdiyi şeylər
Siz bütün gün əlaqədəsiniz
Münasibətinizin nə qədər uzun müddət sürdüyündən, bir-birinizdən yaxında və ya uzaqda olduğunuzdan asılı olmayaraq siz gün ərzində əlaqədə olursunuz. Romantik mesajlar qəbul edir və göndərir, internetdə gördüyünüz məzəli fotoları biri birinizlə paylaşır və çətin anlarda dərhal zəngləşirsiniz.
Hər fürsətdə qucaqlaşmaqdan çəkinmirsiniz
Qucaqlaşmaq sizin üçün gündəlik ritualdır. Qucaqlaşdığınız an sanki tamamlanırsınız.
Bir-birinizlə hər mövzuda açıq danışa bilirsiniz
Xüsusilə qorxularınız, narahatlığınız, bir-birinizə qarşı hiss və istəkləriniz mövzusunda. Bu qiymətsizdir.
Onun maraqları sizi də maraqlandırır
Onun azarkeşlik etdiyi komandanın bu gün oyunu varsa, siz birlikdə baxırsınız. O isə, yoqada nə tapdığınızı başa düşmək üçün sizinlə dərslərə gəlir.
Biri-birinizə sürprizlər etməkdən yorulmursunuz
O, sizin üçün yemək bişirməyə çalışır, siz isə onun üçün romantik masa hazırlayırsınız. Biri birinizi sevindirmək sizin hobbinizdir.
Mizah anlayışınız üst-üstə düşür
Yalnız ikinizin başa düşdüyü bir sıra zarafatlar. Bu səbəbdən də birlikdə olduğunuz heç bir yer sizin üçün darıxdırıcı deyildir. Bunu yüksək qiymətləndirin. Mizah anlayışı biri birinə uyğun olan çox az cütlük var.
Biri-birinizlə qürur duyursunuz
Çətin anlarda biri birinizə motivasiya verə bilirsiniz. Biri birinizin uğurlarına öz uğurlarınızmış kimi sevinir və fəxr edirsiniz.
Qaynaq. bildirchin.az