Sanki bu anı daha öncə yaşamışam, deyirsiniz?
Hal hazırda yaşadığəmız bir hadisəni daha əvvəllər yaşamış ya da bu haqda hardasa görmüş kimi hiss etdiyimiz anlar olur ki, bu “Deja vu” olaraq adlandırılır. Siz “bu anı yaşamışam, bu anı eyni ilə görmüşəm ya da yuxuma girib” şəklində nə qədər desəniz də, bunu isbatlamaqda aciz qalacaqsınız.
Uzun illərdir ki, tibb və teorilər bu hadisəni açıqlamağa çalışsa da tam olaraq nəticə əldə edilməmişdir. Bəzi fikirlərə görə deja vu-nün əsas səbəbi beynimizin ətraf mühitə göndərdiyi dalğalardan aslıdır. Elə bu səbəbdəndir ki, yoga ilə məşğul olanlar bəzən deja vu-dən qurtulmaq üçün beyinlərini, ya da beyin dalğalarını idarə etməyə çalışırlar. Bunun ən çox baş vurulan yolu isə, nəfəslə dalğaları idarə etməyə çalışmaqdır. Tibbi olaraq isbat olunmuşdur ki, beyindən ötrülən dalğalar bəzən nəfəs alma gimnastik fəaliyyətləri ilə yönləndirilə bilməkdədir.
Ortaya atılmış olan digər bir teori isə, bizimlə bizə paralel olan bir zaman axımının(paralel həyat) mövcud olmasıdır. Paralel zaman axımı bizimlə bərabər hərəkət edən “qalaktikanın” varlığını deyərək, bizim bizə paralel olan digər qalatkikanın əksi, yəni yansıması olduğumuzu da qəbul edir. Bu vəziyyət isə, bizə deja vu-nü xatırlatmaqdadır.
Elmi isbat isə, beyin yarımkürələrində yaranan azacıq gecikmənin deja vu-yə səbəb olduğunu deməkdədir. Yəni, bizim sol beyin yarımkürəmiz saniyyənin həttə 1/10-i qədər sağ yarımkürədən geri qaldıqda deja vu ortaya çıxmaqdadır. Yəni, biz sağ yarımkürədə hadisəni yaşayarkən, sol yarımkerə bu hadisəni yaşamaqda gecikdiyi üçün, biz bu hadisəni əvvəllər yaşamış kimi başa düşəcəyik.
Ümumiyyətlə belə bir duyğunu yaşamaq nevroloji sıxıntılardan və temparol lop kimi xəstəliklərdən ortaya şıxa bilməkdədir. Deja vu-nü tez-tez yaşayan insanların həkimə meraciət etməsi məsləhət edilməkdədir. Insamlar bəzən xronik olaraq bu duyğuları yaşamaqdadır və ardıcıl olaraq bu vəziyyətdə olmaq bu hadisənin gedərək daha da sıx-sıx yaşanasına səbəb olur. Bu duyğuların xronik hal aldığı insanlar bəzən də deja vu içində deja vu yaşaya bilirlər. Eyni ilə “İNCEPTİON” filmindəki kimi.
Mənbə. bilgibazari.com istinadən