Spirtli İçki Aludəçiliyi Genetikdirmi?
Spirtli içki qəbulu bəzi sosial qruplar üçün normal qəbul edilsə də, bəzi toplumlar tərfindən bu vərdişlərə sahib insanların qınandığı görülür. Bəhsolunan vərdişi hər nə qədər dinlə bir başa əlaqələndirə bilməsək də, dolaylı olaraq bu iki ünsür arasında əlaqənin olduğunu demək mümkündür.
Bəs, sosial təzyiq, dini inanc və bənzəri təsirlər olmasaydı bəzi insanlar nə şəkildə bir qərar qəbul edərdilər? Alkolik olmağı yoxsa ondan uzaq durmağı seçərdilər?
Bu sualın cavabı qismən də olsa 2014-cü ildə İndiana Universiteti tərəfindən həyata keçirilən və həmin ilin 20 mart tarixində Translational Psychiatry jurnalında yayınlanmış məqalə ilə cavabını tapmışdır.
Spirtli içkilərə qarşı istəkli olmaq əsasən genetikdir.
400 dən çox içki aludəçisi və 1300-dən artıq digər iştirakçıların üzərində həyata keçirilmiş araşdırma Synuclein Alpha (SNCA) adlı geninin bu mövzuda önəmli rol oynadığını ortaya çıxarmışdır. 4-cü xromosom üzərində yerləşən bu gendəki əksiklik insanların spirtli içkilərə olan marağına birbaşa təsir edir. Öz içində proteinlə zəngin olan SNCA geninin az olması beyindəki sinirlər arasındakı əlaqənin zəyifləyərək nevrobioloji fəallığın azalmasına səbəb olar. Nəticədə motivasiya azalması və halsızlıq müşahidə edilər. Spirtli içkidən istifadə isə nevrobiloji fəallığın yüksəlməsinə səbəb olaraq, bəzi insanları ondan istifadəyə təhrik edər və uzun zaman dilimində isə aludəçiyə çevirər. Çünki, spirtli içki vasitəsi ilə yüksəlmiş nevrobioloji aktivlik müfəqqətidir və yenidən spirtli içki qəbul edildiyində yüksələr.
Ancaq, sosial mühit təsirinin də başlanğıc üçün az rol oynamadığını qəbul etmək gərəkir. Eyni zamanda nevrobioloji fəallığı zəyif olan hərkəs spirtli içki aludəçisi deyil və onlar bu şəkildə də normal həyatlarını davam etdirə bilirlər.
Qaynaq: Genetic risk prediction and neurobiological understanding of alcoholism\ncbi.nlm.nih.gov
Qaynaq. Bilgibazari.com