Yuxuda düşmək

Yuxuda düşmək

Ağır bir günün sonunda gələn yuxu əsnasında əzələlərimizi ani gərginlşmə və boşalma, boşluğa düşmə hissinə səbəb olur. Xüsusi ilə yenicə yuxuya getməyə hazırlaşdığımızda bu şəkildə bir tərpənişlə yuxudan ayılmaq, əksəriyyətimizinbaşına gələn bir vəziyyətdir. Çox böyük ehtimalla orqanizmimizin yuxuya fizioloji olaraq hazırlanması əsnasında meydana gələn müəyyən elektrik və hormonal dəyişikliklərin nəticəsi olan bu hissin tam səbəbi elmə məlum deyil. Jack London isə, Adəmdən Əvvəl adlı kitabında bu hiss üçün olduqca maraqlı bir şəkildə aşıqlamışdır. Kitabda danışılan hekayəyə görə bu hiss, yaxın qohumlarımız olan meymunlardan bizə miras qalan bir instinktdir. Bu aşıqlamaya əsasən, əksər hallarda ağac budaqlarında yaşayan meymunların, gecələr yatarkən ağacların üzərində tarazlıqlarını itirdiklərini və nəticədə olaraq bu hisslə oyandıqlarını deməkdədir. Aşıqlamaya əsasən insanda da zaman zaman instinktiv olaraq eyni hislər yaranmış və tam yuxuya getmə ərəfəsində eyni hislər ortaya çıxmışdır. Qulağa çox xoş gəlməklə yanaşı, bu hipotezin düzgünlüyü barəsində hər hansı bir şey söyləmək mümkün deyil.
568 Views