Benəzir Bhutto kimdir?

Benəzir Bhutto kimdir?

Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə… Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir.Baxmayaraq B. Bhutto Pakistanın nəcabətli ailəsindəndi və atası baş nazirdi. Məqam yetişdi, atası həlak oldu; qız qərara gəldi ki,hələlik ərə getmək barədə düşünməyə dəyişməz. Bhuttolarda belə bir adət də vardı; Nəsildən kimsə ölərsə, bir il toy eləmək olmaz. Bu adət hələ də bir sıra Şərq xalqlarında yaşayır. O daha iki ili gözlədi. Söz-söhbət isə kəsilmirdi, ailənin qohumları, tanışları Benəzirin ərə getməsini istəyirdilər. 1985-ci ildə ailə Kannda bir yerə yığışmazdan qabaq anası və Manna xala iri torpaq sahibi Zərdarilən ailəsindən alınan təklifi Benəzirə çatdırdılar. Onlar Asif adlı oğullarını nəzərdə tuturdular. Bir haşiyə çıxım ki, Şərq ailəsinə məxsus bir cəhəti açıqlayaq. Adətən, qızı ərə vermək istəyən valideyn ilk növbədə gələcək kürəkənin təhsili, peşəsi və öncə sağlamlığı, xasiyyətiylə maraqlanır. Sabah o, arvadını, hər şeydən əvvəl, ailəsini dolandırmalıdır, başqasına əl açmamalıdır. Təəssüf ki, belə bir gözəl ənənə tədricən olub sıradan çıxır. Nəticəsi ağır keçir… Benəzirin xalası Manna sən demə Asiflə maraqlanmışdır: Asif hərbi məktəbdə, London iqtisadi və siyasi tədqiqatlar mərkəzində oxumuş, əmlak satışı, kənd təsərrüfatı və ailə tikinti firması ilə məşğuldur, üzgüçülük, at polusu ilə maraqlanır. Bu vaxt daha bir faciə baş verdi, qardaşını öldürdülər. Təbiidir ki, ərə getmək barədə söz salmağa dəyməzdi. Benəzir belə hallarda keçirdiyi hissləri gizlətmir: «Tez-tez düşünürdüm ki, görəsən mənim keçirdiyim həyat tərzinə hansı ər dözər? Ümumiyyətlə, elə bir kişi varmı ki, ənənələrdən geri çəkilərək mənim əsas vəzifəmin ərim qarşısında yox, Pakistan xalqı qarşısında olması fikrinə alışsan? «Benəzir Bhuttonun subay qalması jurnalistlərin də dilinə düşdü və belə dəqiqələrdə o, əsəbiləşməyə bilmirdi, daha demirdi ki, bu barədə subay kişilərə sual verin. Amma incə mətləb də ürəyindən keçirdi: əgər qadın ərdə deyilsə, deməli, onda nəsə var. Bu, ona haqq qazandırırdı ki, bu cür qadın xalqın lideri ola bilməz… Şübhələr, gümanlar. O da bəlliydi ki, Qərbdəki dostları onu elçiliklə ərə getməyi məcbur eləyən mədəni və siyasi motivləri çətin başa düşsünlər. Qərbdəki feminizm Şərqdəkindən fərqlənir; burada əsas din və ailə gündəlik borcdur. Məsələnin şəxsi tərəfi: Pakistanın ən iri müxalifət partiyasının lideri kimi Benəzir Bhutto üçün fövqəladə şərait olmadan nişanı geri qaytarmaq və ya ayrılmaqla qalmaqala yol vermək yaramazdı. Və qohum-əqrəbanın gözü qabağında tanış olduğu bir adamla birgə yaşamalıdır. Asiflə axır ki, nişanlandı və bu da söz-söhbət üçün mövzulara çevrildi. Maraqlısı o idi ki, rejimin xəfiyyələri siyasətdən uzaqlaşmağı haqqında dərhal şayiələr buraxdılar. Mütəşəkkil dəstələr avtobusları yol­larda saxlayır, onun şəkilli olan plakatları cırır və açıqca bildirirdilər ki, Benəzir Bhutto ərə gedərsə, bu plakatların mənası yoxdur. B. Bhutto əqidəsindən əqidəsindən dönmürdü və siyasi yönümünü dəyişmirdi. Pakistanda olarkən camaatı inandırmağa çalışırdı ki, ərə getmək onun siyasi mövqeyinə xələl gətirməyəcəkdir. Asifə də tez-tez zəng vururdu və bu, onu daha yaxşı tanımağa imkan verirdi. Benezir bu haqda demişdi: «Biz bir-birimizi hələ əsl mənada sevmirdik: anam inandırmağa çalışırdı ki, məhəbbət sonra gələcək. Ancaq bizim aramızda mənəvi yaxınlıq yaranmış, bir-birimizi həmişəlik ər və arvad kimi tanımışdıq. Mən bağlılığın məhəbbətdən güclü olduğunu anladım. Hərçənd, heç vaxt elçiliklə bağlanan nikahları müdafiə etməmişəm, boynuma almalıyam ki, razılığı əsaslanan münasibətlərdə nə isə də var. Biz öz nikahımıza doğru qabaqcadan heç bir fikrimiz və xüsusi ümidlərimiz olmadan gedirik. Fikrimcə, sevgiylə ümidlər heç də həmişə doğrulmur. Bir də məhəbbətin, deməli, nikahın da qurtara bilməsi fikri qarşısında qorxu olur. Bizim sevgimizsə ancaq möhkəmlənə bilərdi». Benəzir Bhuttonun sadə, amma ağıllı qənaətləri tamamilə təbii və düzgündür. Ailələr var, evlənməzdən əvvəl bir-birilərini sevməmişlər, aralarına məhəbbət macəraları düşməmişdir. Sonralar onların möhkəm, xoşbəxt ailəsi yaranmış, heç vaxt dedi-qoduya imkan verməmişlər. El arasında «isinişmə» kimi qiymətləndirilən belə ər-arvad münasibətlərinə paradoks nəzəriylə baxmağa ehtiyac yoxdur. Məsələ ondadır ki, gələcəkdə ər və arvad bir-birlərinə dərin və incə tellərlə bağlansınlar. Benəzir Bhuttonun gəlin, toy barədə söylədikləri maraqlıdır.Adətə görə gəlin toya bir-iki həftə qalmış sarı geyinməli, üz-gözünə heç nə vurmamalıdır, hətta adam arasına çıxmamalıdır; ona göz dəyə bilər. Bərbəzək bağışlanması da adətən ənəyə müvafiqdir. Çox vaxt gəlinin üzərində yeddi ədəd boyunbağı olur. Adətən gəlinlərin hər iki qoluna biləkdən tutmuş dirsəklərinəcən qızıl bilərzik taxılır. O, bunların heç birinə əməl eləməmişdir. Və bir replikası ibrətamizdir: «İşə gedəndə necə brilyant boyunbağı taxmaq olar?» Mən hətta qızıl bilərziklərdən imtina elədim, taxdıqlarımın cəmisi bir neçəsi qızıl, qalanları şüşədən idi. İstəyirdim, xalq arasında desinlər: əgər Benəzir özü şüşə qolbağı taxa bilirsə, onda demək, mənim qızım da bunu edə bilər». İslam əxlaqında işıqlı cəhətlər: əlbəttə qadın-kişi münasibətləri, ailədə ər-arvadın rolu, xəyanət, boşanma və sair məsələləri nəzərdə tuturuq — son dərəcə maraq doğurur. Baxmayaraq, Şərqdə Qərbin nüfuzlu adət-ənənələri öz həmlələrini əsirgəməmişdir; bu əxlaq özülünü qoruya bilmişdir. Hərçənd əsrlərin təbii tələblərinə biganə qalmamışdır, yeri gəldikcə cilalanmışdır. Quranın surələrinin birində deyilir ki, özlərini tanrı buyruğuna həsr eləyən kişilər və qadınlar, həmişə Tanrı haqqında düşünən kişilər və qadınlar-onların hamısı bağışlanmaya layiqdirlər, və böyük şərəfə-şana yüksələcəklər. Qeyd eləyim ki, bu sətirləri məşhur islamşünas, Dehli Dövlət Universitetinin professoru Tahir Mahmudun «İslam və hüquq bərabərliyi» məqaləsindən götürmüşük və alimin fikirlərinə istinad eləmişik. Məlumdur ki, qadına bir övrət gözüylə baxmaq Şərqdə artıq qəbul olunmuşdur. Bu məsələyə Quranın əsas məqsədi ailədə arvadın nüfuzunu qaldırmaqdır. Arvadlarını (övrətlərini) xoşlamayan kişilərə Quranın münasibəti: «Əgər sən ona- arvada kin bəsləyirsənsə, sənin üçün Tanrı tərəfindən göndərilmiş xeyrə kin bəsləyirsən». Şəriət qadınların hüquqları, vəzifələri və məziyyətlərinin məcmusunu özündə birləşdirdi. Dini əsaslarla qurulmuş bu kitabda qadının nüfuzluğuna toxunulmamışdır, əksinə, İslam başqa qanunlara nisbətən qadınlara daha çox hörmət-izzət, təhlükəsiz yaşamağı tövsiyə eləyirdi. Məhz burada T. Mahmudun qənaəti davamlıdır: «Bizim zəmanədə qeyri — müsəlman dinlərinin davamçıları, ateistlər islamın qadına münasibətindəki mövqeyini tamamilə başa düşməmiş, yaxud onu güclü şəkildə saxtalaşdırmışdılar. Müsəlmanlar isə Quranın müəyyən ehkamlarının əksəriyyətini və ya hamısını inkar eləmiş, yaxud onların barəsində qeyri-şüuri unutqanlığa uymuşlar». İslam qadınlarının ailə-məişət vəziyyəti məsələsində İran mənşəli zadəgan, diplomat, iqtisadçı Ağa xan alman qəzetlərindən birinin müxbirinə verdiyi müsahibədə obyektiv mövqedə durur. Ağa xan demişdir: «Müsəlman cəmiyyətində qadının öhdəsinə həmişə böyük rol düşmüşdür. İş ondadır ki, bəzi ölkələrdə onlar adam içinə çıxmırlar. Mən bunu səhv hesab eləyirəm. Cinslərin tam hüquq bərabərliyi təmin olunmalıdır. Qadınların ailə həyatında aparıcı rol oynamaları artıq nadir şey deyildir. Müsəlman cəmiyyətində ana və nənələrin Qərbdə olduğundan daha görkəmli mövqeləri vardır. Heç bir müsəlman öz nənəsini qocalar evinə göndərməz. Bu mənada qadının təsirini qiymətləndirməmək olmaz. Bir Şərq qadınlarından danışarkən işıqlı tərəflərlə yanaşı kölgəli, hansı zümrəyəsə mütərəqqi görünən cəhətlərin üstündən keçmək istəmirik. Bu, ilk növbədə İranda İslam əxlaqında fərdi yanaşma ilə bağlıdır.
… Tehranın Mehseni meydanı. İran şahı Rza Pəhləvi çadra gəzdirməyi ləğv eləmişdir. Bir qadın bu güzəştin əksinə, çadra ilə büründüyü üçün elə küçədə döyülmüşdür. Bu nənə-qadın heç cürə yeni qaydaya uyuşa bilməmiş və iradəsini boğmağı bacarmadığından 6 il evdə özünə «həbs» kəsmişdir! O vaxta qədər şah çadra örtməyə yenidən icazə vermişdir. Ruhulla Xomeyni 1979-cu ildə hakimiyyətə gəldi və İran Qərbin həyat tərzini qadağan eləyən İslam dövləti oldu. Çadra örtmək barədə qanununu pozanların taleyi həbslə nəticələnirdi. Çox keçmədi əxlaqa nəzarət üzrə İslam milli «komitəsi» yaradıldı. Məram beləydi: «Ədəbsiz davranışa görə həbs». Əlbəttə, ədəbsizlik deyəndə «komitə» nəyi nəzərdə tuturdu, çadra örtməməyimi, yoxsa? Təkcə iş çadradan gedirdisə həbsə nə ehtiyac, lap digər ədəbsizliklər olsun, başqa cəza tədbirlərinə əl atmaq məqsədəuyğun deyildimi? Hər sərt zamanda sərt də qadağanlar çıxır meydana O, mütərəqqi saydığı bəzi şeyləri götürür özünə. Axı, qadının bədənin tamam örtməyə, bəzək-düzəkdən qaçmağa ürəyini mübhəm saxlamağa ehtiyac qalmır və zaman öz işini görür. Maraqlıdır, hər bir hakim öz səlahiyyətinə güvənib adi detalı belə qanuniləşdirir və öz əqidəsinin düzgünlüyünü əsaslandırmağa çalışır. İranın ilk prezidenti Əbülhəsən Bənisədr 1979-cu il inqilabından sonra bildirmişdir ki, guya tədqiqatlara görə qadın saçları bir növ radiasiya şüalandırır, ona görə də qadının baş örtüyünün altından saç görünməməlidir. Xomeyninin naiblərindən olan inqilabçılar kişi-qadın münasibətlərini elə amansızcasına «təmizləyirdilər» ki, müsəlmanların çoxusu özlərini itirmişdilər. İslam ənənəsinə görə şəhvət və ehtiras yalnız ictimai yerlərdə qadağandı, ancaq bu, o demək deyildi müsəlmana İnsan kimi yaşamaq qadağandır. Vaxtilə. Məhəmməd peyğəmbər deyirdi ki, dünyada ikicə şeyi xoşlayır: namaz qılmağı və qadınları. Birinci arvadı Xədicə öldükdən sonra Məhəmməd peyğəmbər 9 arvad almışdı. Yazılan mənbələrə görə bu nikahların bir qismi siyasət məqsədi daşımışdır. Müsəlman teoloqları göstərirlər ki, İslam heç də cismani tələblərə qarşı çıxmır. Əksinə, bircə dəfə də evlənməmiş mömin müsəlman başçıları şübhə ilə yanaşırlar. Evlənməmək əvvəldən dinə zidd olmuşdur. Bakirlik («iffət», «ismət») özlüyündə İslam dini üçün heç də ali məqsəd daşımamışdır. Bir çox sufilərin, o cümlədən Mərakeşdən İndoneziyaya qədər savadlı müsəlmana tanış olan əndəluslu əl-Ərəbinin də arvadı, uşaqları mövcud idi. Ərəb və İranın sufi şairləri şəhvət və heysiyyət dolu obrazların tərənnümündə cismani, ehtiraslı hisslərə bələnmiş məftunedici lirik nümunələr yaratmışlar. İslam erotikanı (şöhvəti) heç də günah saymır. Məsələn, «Min bir gecə» nağılları. Bu, Şərqin özündən gələn nağıllardır ki, orta əsr İslam dünyasında şəhvət mövzularına təbii münasibətin ifadəsidir. Haşiyə çıxım ki, müasir valideynlər var, oğlanın imkansızlığına güzəştə getmir, bahalı geyim, qızıl, brilyant və s. tələb eləyirlər. Əlacsız qalan oğlan-gələcək ailə başçısı borc-xərc istəniləni tapır. Sonralar isə ər-arvad min bir zillətlə borcun altından çıxmağa çalışırlar. Şərqlilərə məxsusi hökmünü saxlayan bu adət «başlıq» adlanır. Guya ana qızının süd haqqını alır. Bu, zahirən yumşaq səslənə bilər, əslində elə deyil. Valideyn övladı və çürük adət naminə qız tərəfindən tələb edilən şeyləri — «başlığı» verməlidir. Azərbaycanın bir sıra bölgələrində bu, hələ də yaşayır. Biz başlığın qüvvədə qalması faktına Səudiyyə Ərəbistanında, Küveytdə, Katarda, Birləşmiş Ərəb Əmirliklərində təsadüf eləyirik. Mötəbər mənbələrə əsaslanıb, aşağıdakını veririk: Bu da ki, nəslin ad-sanından və qızın zahiri görünüşündən asılıdır. Burada, əlbəttə, üçgünlük toy tənliyinin xərci nəzərə alınmır, bu xərc təxminən başlıq pulunun məbləği qədər pula başa gəlir. Otuz yaşına qədər lazımi vəsait toplaya bilməyən gənclərin çoxusu özünə həyat yoldaşını Hindistandan və Filippindən olan qızlardan seçməyi lazım bilirlər. Xüsusən də İran körfəzinin ərəb ölkələrində onlar həddən çoxdurlar, çünki Küveytdə, Səudiyyə Ərəbistanında və Əmirliklərdə əhalinin təxminən 70 faizini qazanc dalınca gələn xaricilər təşkil edir. Qarışıq nikahlar orada kütləvi xarakter almış, bu da çoxsaylı şəxsi faciələrə gətirib çıxarmışdır — axı yerli qızlar özlərinin gələcək ərlərini itirmişlər, hökumət də öz növbəsində xaricilərlə nikahların yerli İslam mədəniyyətini dağıdacağından, çoxəsrlik adətlərin unudulmasına gətirib çıxaracağından qorxuya düşmüşdür. 70-ci illərdə neftin körfəz ölkələrinə axıdıb gətirdiyi dollar çoxlarını yolundan çıxarırdı — deyə yerli jurnalistlərlə söhbətdə İran körfəzindəki ərəb dövlətlərinin əməkdaşlıq şurasının üzvləri olan ölkələrin əmək dövlətlərinin əməkdaşlıq üzrə nazirlər komitələrinin başçısı Kamil Saleh bildirir. Cəmiyyətdə mənfi meyllər əmələ gəlmişdir. Onlardan gəlin üçün çoxlu başlıq tələb olunmasını, təmtəraqlı toyların keçirilməsini, təzə evlənənlərə gözəl mebel dəsti və dünya toy səyahəti üçün çeklər kimi bahalı hədiyyələri göstərmək olar. Bu da gənclər üçün bir sıra çətinliklər törədir. Halbuki bunlardan iyirmi-otuz il əvvəl toy ənənəsi həddən artıq ciddi idi. Gəlin öz toyunu ata evində rəfiqələri və doğmaları ilə qeyd edirdi. Kişilər isə ayrıca bəy evində yığışdılar. Ərəb dövlətlərində, xüsusilə də İran körfəzi sahilində yerləşən ərəb ölkələrində problemlərin həlli üçün xüsusi evlənmə fondu yaradılmışdır. Onlar öz ölkələrindən olan qızlarla evlənmək istəyən gənclərə ssuda və güzəştli kreditlər verirlər. Küveytdə, məsələn, əgər bir küveytli xarici qızla evlidirsə və yenidən yerli qızla evlənmək istəyirsə, ona da kömək göstərilir. İslam dini qanunlarına görə hər bir müsəlman, əgər imkanı çatırsa eyni vaxtda bir neçə arvad saxlaya bilər. Hakimiyyət orqanları tələbatı nəzərə almaq və öz qızlarının ləyaqətlərini açıq başla qiymətləndirmək valideynləri necə inandırmaq üzərində baş sındırdıqları halda, görünür, qızların özləri bu məsələni artıq həll etmişlər. İş orasındadır ki, son zamanlar bizdə insanın özünə qiymət meyarları dəyişmişdir, — deyə BMT inkişaf proqramının Bəhreyndə əməkdaşı Səbihə Ən Reyter agentliyinin müxbiri ilə öz fikrini bölüşdürür. «Əgər əvvəllər valideynlər gənc oğlanda onun savad səviyyəsini qiymətləndirirdilərsə, indi onun var-dövlətinə baxırlar. Bədbəxtlik orasındadır ki, indiki qızlar başlıq pulunu öz istəyəcəkləri təqdirdə oğlanın ona saymazyana münasibət bəsləyəcəyindən qorxurlar həmçinin, nə gizlədim, — deyə kədərlə Səhibə əlavə edir, — gənclərin çoxu belə fikirdədir ki, nə qədər təmtəraqlı toy edərlərsə, hörmətləri bir o qədər artar.  
568 Views