Oyuncaq maşınla “avtoşluq” edib atasının həyatını qurtardı - FOTO

Oyuncaq maşınla “avtoşluq” edib atasının həyatını qurtardı - FOTO

Balaca uşaq oyuncaq maşına əyləşərək, sürət yoluna çıxıb və bunu dəcəlliyə görə yox, atasını xilas etmək üçün edib. Yolda qəza şəraiti yaradan üç yaşlı uşağı görən sürücülər şoka düşüblər. Onlar maşını kənara çəkməli, siqnal verməli olublar. Lakin cəsur uşağı saxlamaq mümkün olmayıb, çünki o, atasını xilas etmək üçün bu yola çıxıb.

Hadisə Böyük Britaniyanın Linkolnşir qraflığında baş verib. Uşağın atası epilepsiyadan əziyyət çəkir. Stefanın anası Karla işlə əlaqədar olaraq bir neçə dəqiqəlik evdən çıxıb. Bu an Markda tutmalar başlayıb.

Evdə böyüklər olmadığından uşaq nəzarəti öz əlinə götürmək qərarına gəlib. O, oyuncaq yük maşınına minərək yola çıxıb. Yolda təhlükəli vəziyyət yaranıb. Yerli sakinlərdən biri maşınların siqnal səsini eşidərək yola çıxıb və təhlükəli vəziyyətlə qarşılaşıb.

Dərhal avtomobillərin hərəkətini dayandıraraq uşağı oradan götürüb. Sonra başqa bir sakin polisə zəng vuraraq, məsələni danışıb və uşağı evinə aparıb. Həmin müddətdə isə avtomobillərin hərəkətini dayandıran qadın uşağın ailəsini axtarmağa gedib.

Polislə danışan uşaq deyib ki, atasının vəziyyəti pis olduğu üçün kömək çağırmağa çıxıb. Polis ailəni taparaq baş verənləri danışıb.

Ana hər iki qadına öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, Stefan əsas qapıdan çıxmağın yolunu bilir.

Uşağın atasına da yardım edilib. Onun vəziyyəti artıq yaxşıdır.

Mark Snouden oğlunun davranışı barədə bunları deyib:

“Mən epilepsiya tutmalarından əziyyət çəkirəm, buna görə evdə tək qalmaq mənim üçün təhlükəlidir. Stefanla qürur duyuram”.

Mənbə. Bu barədə ilk öncə “Daily Mail” xəbər yayıb.

Qaynaq. oxu.az

568 Views