Spiritual dərinliyi olan 7 film məsləhəti
Baraka
Sözlərlə ifadə edilməsi çətin olan bir filmdir. Filmdə heç bir danışıq keçmir. Tamamilə görüntülərdən ibarətdir. Filmdə böyük metropolların və mistik Şərqin görüntüləri yer alır. Film ərzində səslənən musiqi və görüntülərin ahəngini izləyənlərə buraxırıq.
Mr.Nobody
Filmin əvvəlində adı Heçkim olan bir şəxs görürük. 2092-ci ildə həyatda qalmış yeganə insan haqqındadır film. Ölüm yatağındakı Nemo, uşaq ikən bir stansiyada dayandığını xatırlayır. O, atası ilə qalmalıdır, yoxsa anası ilə birlikdə çıxıb getməlidir? Bu qərar onun həyatında sonsuz sayda ehtimal yaradacaq… Bir çox dünya, 2 ölüm və seviləcək qadınlar…
Lucy
Lucy, Taipeidə oxuyub, çalışan gənc bir amerikalı qadındır. Sevgilisinin təsiri ilə kuryerlik etməyə çalışır. İçində nə olduğu ilə bağlı heç bir fikri olmayan çantanı deyilən yerə aparır. Daha sonra narkotik baronu tərəfindən əsir alınır. Qarnına yerləşdirilən narkotik maddəyə təpik vurulması ilə super güclərə sahib olmağa başlayır…
I origins
Molekulyar bioloq İan Qrey, laboratoriyada Karen və Kenny adlı dostları ilə çalışır. Onlar insan gözünün təkamülü ilə bağlı araşdırma edirlər. Bu araşdırmanı edərkən İan, olduqca fərqli gözlərə sahib olan Sofi adlı bir qadınla rastlaşır…
Peaceful Warrior
Den Millmanın “Way of the Peaceful Warrior” adlı əsəri əsasənda çəkilmişdir. Olimpiyadaya hazırlaşan gənc və idmançı Denin hekayəsindən bəhs edir. Gimnast, Sokrat ilə məktəb həyatında həm özünü, həm də idmançı olmağı öyrənir.
Spring, Summer, Fall, Winter and Spring
Film səssiz məbəddə yaşayan 2 rahibin başından keçən əhvalatlardan bəhs edir.
The Fountain
Film 3 fərqli zamanda bir insanın sevdiyi qadını qurtarmaq üçün başından keçən üç min illik macəradan bəhs edir.
Mənbə. bildirchin.az