Allah şeytanı niyə məhv etmir?

Allah şeytanı niyə məhv etmir?

İblis (lən) - Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət əhlindən olmuşdur. O zaman ki, üsyan edir və Allaha itaətsizlik edir - İlahi dərgahdan qovulur. Bu zaman Allahdan möhlət istəyir. Allah Təala ədalətli olduğu üçün, ona möhlət verir. (Tebyan)

Şeytan (lən) - çox pis varlıqdır, insanın düşmənidir. Allah da bunu bilir ki, şeytan üsyankar və itaətsizdir. Bəs niyə onu məhv etmir?

Qurana nəzər salan zaman görmək olur ki, insanı haqq yolundan azdıran hər bir şeyə şeytan deyilir. Lakin İblis sözü, ancaq Allah dərgahından qovulan şeytana aid edilir.

Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir. Bəs niyə?

1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. Yəni, etdiyi pis işləri tövbə və istiğfarın vasitəsilə aradan qaldırmağı öyrənsin.

2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. İnsan azadlıq kimi bir nemətdən bəhrələnir. İxtiyar sahibi olmaq o zaman mümkün olur ki, həm xeyir olsun, həm də şər. İnsan hər an iki yol ayrıcında qərar tutar: dünya və axirət, din və imansızlıq kimi.

Peyğəmbərlər (ə) insanlara düz yolu göstərmişdir və insan da öz iradəsi ilə öz yolunu seçər. Belə ki, əgər insan saleh əməlləri ilə dünya tarlasını becərərsə, ürəyi hər cür ələf və otdan pak olar. Niyyəti xalis olar və kamala tərəf can atar. Ancaq əgər Allaha pənah aparmazsa, şeytanın ardınca gedərsə, onun tələsinə düşər. Nəticədə vəsvəsələrinin əsiri olar və bu insanın gələcəyi yoxdur.

3. Dünya imtahan yeridir ki, insanın istedadları üzə çıxsın. İnsanın savab və əzabı da bu imtahana görədir. Əgər şeytan olmasaydı, o zaman imtahanın olması da mənasız olardı.

Biz əgər Qurana nəzər salsaq, görərik ki, Allah şeytana möhlət vermişdir. Şeytan da bu möhlətdən insana vəsvəsə etmək üçün istifadə edir. Lakin bununla yanaşı, Quranda insana müdafiə yollarını da öyrətmişdir. Yəni, onu başlı-başına buraxmamışdır.

Allah insana ağıl vermişdir və təkamülə olan eşqi batinində qərar vermişdir. Saleh əməllərinin savabını on qat etmişdir, lakin günahına görə bir əzab vəd etmişdir.

Peyğəmbələri (ə) göndərmişdir ki, insanlara haqq yolunu göstərsinlər. Tövbə kimi bir fürsəti ixtiyarlarına qoymuşdur. Odur ki, şeytanın (lən) insanı yoldan çıxarmaq şansı çox aşağıdır.

Allah Təala bizləri şeytanın vəsvəsələrindən Özü amanda saxlasın.

Mənbə. /Deyerler.org/

568 Views