Qurban bayramı gecəsinin və gününün əməlləri
Zilhiccənin 10-cu gecəsinin əməlləri:
Ərəfə günündən Qurban bayramına keçən gecə - Zilhiccə ayının 10-cu gecəsi təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o 4 gecələrdəndir ki, onda əhya saxlamaq - oyaq qalıb ibadət etmək xüsusilə bəyənilmişdir. Qurban bayramının gecəsi asimanın qapıları açıq qərar verilimişdir. Bu gecəni İmam Hüseynin (ə) ziyarətini oxumaq və dua-münacatla keçirmək çox bəyənilmişdir.
Bu gecə oxunan xüsusi dua var: (“Ya daiməl fəzli ələl bəriyyə..” duası).
Qurban bayramı gününün əməlləri
Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri:
1. Qüsl almaq.
2. Qurban bayramının namazını qılmaq.
3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası) oxumaq.
4. “Nüdbə” duasını oxumaq.
5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.
6. Qurban kəsmək.
7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd.
Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».
İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.
Zilhiccə ayının 18-i – Qədir-Xum bayramıdır. Bu gün - Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən gündür. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir
Mənbə. www.deyerler.org